Hər şey vaxtında!
18.01.2022 [09:46]
Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir
Nurlan QƏLƏNDƏRLİ
Beynəlxalq münasibətlər sistemində belə bir yanaşma var: haqlı olan güclü deyil, güclü olan haqlıdır. Bu, əslində, dünyada beynəlxalq hüquq böhranının mövcud olduğunu, hətta daha da dərinləşdiyini göstərir. Biz bu reallığı Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 ilə yaxın müddət ərzində daha yaxşı müşahidə etmişik. İşğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoyulmaması, təcavüzkar Ermənistana beynəlxalq sanksiyaların tətbiq olunmaması, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməməsinə loyal - laqeyd və etinasız münasibət göstərilməsi və digər faktlar...
Təəccüblüsü odur ki, bir sıra dövlətlərə qarşı BMT vasitəsilə qəbul edilən, yaxud etdirilən qətnamələr bir neçə saat içində yerinə yetirildiyi halda, Azərbaycan uzun müddət ədalətsiz, ikili standartlara əsaslanan yanaşma ilə üzləşib. Amma Azərbaycan 30 ilə yaxın müddət ərzində “həm haqlı, həm də güclü olmaq” konseptual yanaşması ilə uğurlu strategiya icra etdi, öz milli qüdrətini davamlı olaraq artırmaqla haqqın - ədalətin təmininə nail oldu. İqtisadi, siyasi-diplomatik, hərbi-strateji müstəvidə milli gücün artırılması, geosiyasi vaxtın - təqvimin düzgün müəyyənləşdirilməsi və zamanında dəqiq - adekvat qərarın verilməsi ilə Azərbaycan tarixi Qələbəyə imza atdı. Bu, həm də bir milli dövlətin öz hərbi-siyasi resursları və milli gücü vasitəsilə beynəlxalq hüququ bərpa etməsi idi. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu məqamlara toxunaraq “Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil. Bilirsiniz, bir şeyi də deməliyəm, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir. Bunu mən tamamilə açıq deyə bilərəm”, - deyə qeyd edib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasının təmin edilməsinə nail olmaqdan gedir. Milli güc resurslarını səfərbər edərək təcavüzkar qüvvəni kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan bütün dünyaya işğalçı siyasətin və separatizmə əsaslanan mövqeyin, yaxud neqativ geosiyasi faktor olan bölücülüyə rəvac verən aqressiv politikanın hər hansı bir perspektivi olmadığını sübut etdi.
Beləliklə, Azərbaycan dünyaya nümayiş etdirdi ki, həm haqlı, həm də güclü olmaq mümkündür!
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

