/ / Tahir Budaqov: Erməni cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir
Tahir Budaqov: Erməni cinayətlərinin beynəlxalq aləmdə ifşa olunması dövlətimizin siyasətinin prioritet istiqamətlərindəndir
30.03.2022 [15:53]
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbirlər hazırda respublikanın bütün bölgələrində keçirilir. Yeni Azərbaycan Partiyası tərəfindən “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfransın Qubada keçirilməsi isə təsadüfi deyil. Çünki erməni cinayətlərinin qurbanlarının xatirəsinə ucaldılmış Soyqırımı Memorial Kompleksi Qubada yaradılıb. Burada kütləvi məzarlıq aşkar olunduqdan sonra bu möhtəşəm kompleks yaradılıb. Bu kompleksin yaradılmasının keçmişi yaddan çıxarmamaq, gələcəkdə daha güclü olmağımız üçün mənəvi əhəmiyyəti var.
Bölgə müxbiri xəbər verir ki, bu fikirləri Qubada jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov söyləyib.
YAP Sədrinin müavini bildirib ki, 200 ildən artıq müddətdə ermənilərin soyqırımı siyasətini həyata keçirməsi nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib. Bu qətliamlara vaxtında tarixi-siyasi qiymətin verilməməsi ermənilərin bu cinayətləri davam etdirmələrinə şərait yaradıb. Yalnız ümummilli liderimiz Heydər Əliyev tərəfindən soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymətin verilməsi, eləcə də dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində dünya baş verən hadisələrə düzgün qiymət verməyə başladı. Təbii ki, bu proseslərdə Heydər Əliyev yolunun müzəffər davamçısı, Prezident İlham Əliyevin siyasətini xüsusi qeyd etmək lazımdır. Elə bir beynəlxalq tədbir yoxdur ki, Prezident İlham Əliyev bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmasın.
Tahir Budaqov, eyni zamanda, qeyd edib ki, Heydər Əliyev Fondunun xətti ilə bu istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. İstər respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın, istərsə də Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirlər nəticəsində dünyanın bir sıra ölkələri Xocalı soyqırımını tanıyıb. Erməni vandalizminin təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət olduğu gündəmdə saxlanılır.
Soyqırımı hadisələrinin qan yaddaşımıza həkk olunduğunu deyən Tahir Budaqovun sözlərinə görə, erməni cinayətlərinin daim ifşa edilməsi, bu cinayətlərə beynəlxalq aləm tərəfindən qiymət verilməsi dövlətimizin siyasətinin prioritet istiqamətlərindən biridir. “Biz qürurla deyə bilərik ki, erməni vandalizminin qurbanlarının, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycanın rəşadətli Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin edilməsi, tarixi ədalətin bərpa olunması istiqamətində möhtəşəm Zəfər yolu keçdi. Hazırda bu Zəfərin nəticələrinin möhkəmləndirilməsi, Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq aləmdə qəbul olunması yönündə ciddi nəticələr var. Həmçinin Azərbaycan xalqı bu müharibədə öz böyüklüyünü bir daha nümayiş etdirdi. Ermənilərin xalqımıza qarşı kütləvi qırğınlarına, cinayətlərinə baxmayaraq, Ordumuz 44 günlük müharibədə dinc erməni əhalisini, mülki obyektləri hədəfə almadı, yalnız hərbi hədəfləri məhv etdi”, - deyə YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb.
T.Budaqovun sözlərinə görə, konfransın digər bir özəlliyi ondan ibarətdir ki, burada ölkəmizdə yaşayan müxtəlif etnik qrupların, ictimai birliklərin nümayəndələri də iştirak edirlər: “Ermənilər Azərbaycanda kütləvi qırğınlar törədərkən təkcə azərbaycanlıları deyil, digər xalqların nümayəndələrini də qətlə yetiriblər. Bu gün onların da xatirəsi anılır. Onu da bildirmək istəyirəm ki, 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan bütün xalqlar, etnik qruplar Prezident İlham Əliyevin ətrafında sıx birləşərək möhtəşəm Zəfərimizin qazanılmasına öz töhfələrini veriblər”.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

