Antiterror əməliyyatları hər zaman aktualdır
21.04.2022 [09:55]
Azərbaycan bu hüququndan istifadə edə bilər
Pərviz SADAYOĞLU
Cənubi Qafqaz regionun gələcək inkişafı ilə bağlı bütün perspektivlər regionda formalaşacaq dayanıqlı sülhdən asılıdır. Brüssel danışıqlarının ardından səslənən müsbət fikirlər isə sülhün təmininə olan inamı artır. Yeni mərhələdə Azərbaycan ilə Ermənistan arasında olan problemlərin həllinə böyük ümid yaranıb. Təbii ki, Azərbaycan torpaqlarında olan separatçı dəstələr də unudulmamalıdır. Vətən müharibəsindən sonrakı dövrdə onların bir hissəsi zərərsizləşdirilsə də, tör-töküntüləri hələ də Qarabağda qalmaqdadır. Nəzərə alsaq ki, dünyanın əksər dövlətləri sərhədlərinin təhlükəsizliyi ilə bağlı antiterror əməliyyatları keçirirlər, Azərbaycanın da bu müstəsna hüququndan istifadə etməsi istisna oluna bilməz. İndiki halda bu əməliyyatlar nə qədər aktualdır? Məsələn, bir neçə gün öncə Türkiyədə başlanan genişmiqyaslı “Pəncə-kilit” əməliyyatlarının analojiyasını Qarabağda görə bilərikmi?
Bununla bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, Vətən müharibəsindən ötən dövrdə işğaldan azad edilmiş regionlarımızda antiterror əməliyyatlarının keçirilməsi üçün zəmin yaradılıb, infrastruktur formalaşdırılıb. Həmin regionda Azərbaycanın xüsusi təyinatlıları, komanda qüvvələri fəaliyyət göstərir, mövqelərimiz möhkəmləndirilir. Mühüm strateji yüksəkliklər Azərbaycan hərbçilərinin nəzarətindədir. Bu istiqamətdə işlər davam etdirilir: “Azərbaycanın əsas məqsədi bu əməliyyata zərurət yaranacağı halda onu effektiv şəkildə həyata keçirməkdən ibarətdir. Yəni qısa zamanda, itki vermədən həmin silahlı dəstələr zərərsizləşdirilməlidir. Digər məsələ isə, siyasi effektivlik məsələsidir. Hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlı aktiv danışıqlar aparılır. Danışıqların əsas predmetlərindən biri isə sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Düşünürəm ki, bu həssas məqamda proses sürətləndirməli və müəyyən nəticələr əldə olunmalıdır. İndi antiterror əməliyyatlarına başlamaq isə prosesi ləngidə bilər”.
Qarabağdakı silahlı dəstələrin öz ömrünü başa vurduğunu söyləyən İ.Vəizadənin fikrincə, qalanlar sadəcə tör-töküntülərdir. İndiki halda siyasi müstəvidə gedən mühüm müsbət prosesləri sürətləndirmək daha vacibdir və Azərbaycan buna köklənməlidir. “İndi belə bir əməliyyatın aparılması siyasi prosesə əngəllər törədə bilər. Bundan isə separatçılar, erməni diasporu, hətta bəzi xarici qüvvələr də istifadə edə bilərlər. Antiterror əməliyyatları hər zaman aktualdır, sadəcə indiki dönəm üçün əlverişli deyil. Biz hər şeyə hazır olmalıyıq. Separatçı dəstələr də bilməlidir ki, Azərbaycan hər an bu əməliyyata başlaya bilər. Amma bu günün prioritetləri başqadır”, - deyən İlqar Vəlizadə onu da əlavə edib ki, separatçıların zərərsizləşdirilməsi Ermənistan ilə sərhədlərin müəyyənləşdirilməsi prosesinə aid olunmamalıdır.
Onlar birmənalı şəkildə həmin regiondan çıxarılmalıdırlar: “Araik Arutunyan, Vitali Balasanyan kimi cinayətkarlar isə hüquq qarşısında, məhkəmə qarşısında cavab verməlidirlər. Onlar cinayətkardır və əlləri azərbaycanlıların qanına batıb, məsuliyyətlərini daşımalıdırlar. Bu, prinsipial məsələdir. Dünyada bununla bağlı presedentlər var. Bütün terrorçular, qatillər məsuliyyətə cəlb olunmalıdır. Separatçı dəstələrin torpaqlarımızı hansı formada tərk edəcəyi ilə bağlı yəqin ki, müzakirələr aparılacaq. Onlar fiziki cəhətdən məhv edilmək istəmirlərsə, bu torpaqlardan çıxmalıdırlar. Cinayətkarlara güzəştdən söhbət gedə bilməz”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40

