Son mərhələ...
20.05.2022 [09:49]
Azərbaycan ilə Aİ arasında yeni sazişlə bağlı aparılan danışıqlar yekunlaşmaq üzrədir
“Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir”.
NURLAN
Prezident İlham Əliyev ilə Litva Prezidenti Gitanas Nausedanın görüşü zamanı diqqət mərkəzində olan məsələlərdən biri də ölkəmizlə Avopa İttifaqı (Aİ) arasında münasibətlərin inkişafı, əməkdaşlığın dərinləşdirilməsi oldu. Bir daha ifadə edildi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq uğurla inkişaf edir. Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ay baş tutan Brüssel səfəri zamanı ifadə edilən fikirlər də Azərbaycanın etibarlı və perspektivli tərəfdaş olduğunu bir daha təsdiqləmişdi. Növbəti dəfə qeyd edilmişdi ki, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi Aİ üçün strateji məsələdir - mühüm əhəmiyyətə malikdir.
Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəlməsi müşahidə edilir. Elə münasibətlərin dinamikası da bu reallığın ifadəsidir. Tərəflər arasında 2018-ci ildə paraflanmış “Tərəfdaşlıq prioritetləri” sənədi əməkdaşlıq əlaqələrinin inkişafı baxımından önəmlidir. Sənədin birinci bəndində qeyd edildiyi kimi, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Bununla yanaşı, Azərbaycanın Avropa İttifaqının 9 üzv dövləti, yəni quruma üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Bir müddət öncə qeyd edilmişdi ki, Azərbaycanla Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişi üzərində işin çoxu artıq başa çatdırılıb. Sənədin qalan hissəsi qarşıdan gələn dövr ərzində aparılacaq danışıqlar nəticəsində yekunlaşdırılacaq. Dövlətimizin başçısı Litva Prezidenti ilə görüşü zamanı qeyd etdi ki, Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək: “Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir”. Tərəflər enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini genişləndirməkdə maraqlıdırlar.
Görüş zamanı diqqət yetirilən mühüm məsələlərdən biri də Azərbaycan ilə Aİ arasında enerji təhlükəsizliyi sahəsində sıx təmaslar və faydalı əməkdaşlıq oldu. Şübhəsiz ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunun artması da Aİ tərəfindən diqqətdə saxlanılır, yüksək dəyərləndirilir. Bu da təsadüfi deyil, çünki Avropanın alternativ mənbələrə ehtiyacının olduğu, demək olar ki, hər gün ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad isə sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.
Yeri gəlmişkən, dövlətimizin başçısı Gitanas Nauseda ilə görüş zamanı qeyd edib ki, “Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq”. Gitanas Nauseda isə söyləyib ki, Litva Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarıdır. “Azərbaycan Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edirik” ,- deyən Litva Prezidenti vurğulayıb ki, Avropa İttifaqında enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var. Azərbaycan enerji sektorunda Avropa İttifaqının etibarlı tərəfdaşıdır.
Azərbaycan ilə Litva arasındakı çoxşaxəli əməkdaşlığın da möhkəm siyasi təməli var. 1995-ci ilin noyabr ayından diplomatik əlaqələrə malik olan iki ölkə strateji tərəfdaşdırlar. O zaman Litva Prezidenti Valdas Adamkusun 8-9 iyun 2006-cı il tarixlərində Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Prezidenti və Litva Respublikası Prezidentinin Birgə Bəyannaməsi”, Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı 13 sentyabr 2007-ci ildə Vilnüsdə qəbul olunmuş “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannaməsi”, o cümlədən 7 aprel 2009-cu il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Litva Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi dialoqun gücləndirilməsi və əməkdaşlıq haqqında Memorandum” ikitərəfli münasibətlərə əsaslı zəmin yaradan və əlaqələrimizi tənzimləyən əsas sənədlərdəndir. Sonuncu səfər zamanı imzalanan sənədlər isə çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi, münasibətlərin əhatə dairəsinin genişləndirilməsi baxımından faydalı və önəmlidir.
Dövlətimizin başçısı bəhs olunan səfərin dostluq və tərəfdaşlıq əlaməti olduğunu diqqətə çatdıraraq “Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir”, - deyə söyləyib. Gitanas Nauseda isə Azərbaycanın Qafqaz regionunda Litvanın çox önəmli tərəfdaşı olduğunu bildirib. Bu, ölkəmizin regionda və dünyada etibarlı, perspektivli tərəfdaş kimi tanındığını, Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu - mühüm siyasi və iqtisadi dividendlər vəd etdiyini bir daha təsdiqləyir.
Xəbər lenti
Hamısına baxElm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

