Məqsədyönlü siyasi islahatlar nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir
06.01.2011 [12:28]
Heç kəsə sirr deyil ki, bu gün Azərbaycan yüksək inkişaf dinamikasına malik güclü dövlətdir. Həyata keçirilən hərtərəfli düşünülmüş, məqsədyönlü siyasət sayəsində Azərbaycan iqtisadiyyatı dünyada gedən proseslərdən asılı olmayaraq müstəqil şəkildə inkişaf edir. İqtisadiyyatda əldə olunan nailiyyətlər isə təbii olaraq dövlət büdcəsinin, əhalinin gəlirlərinin artması, sosial, mədəni, idman və digər sferalarda yüksək tərəqqi formasında özünü büruzə verir. Bu isə o deməkdir ki, Azərbaycan düzgün inkişaf istiqaməti seçib və bu yolda inamla irəliləyir. Sözsüz ki, iqtisadi uğurların davamlı olmasında həyata keçirilən siyasi islahatlar çox mühüm əhəmiyyətə malikdir. çünki bazar iqtisadiyyatının, azad sahibkarlığın formalaşması üçün ilk növbədə, əlverişli siyasi şərait yaradılmalıdır. “Jurnalistlərin dostu” mükafatına layiq görülən Prezident İlham Əliyev həmin mükafatın təqdim edilməsi mərasimindəki çıxışında da bu məsələyə xüsusi önəm verdiyini bir daha bəyan edib: “Bizim iqtisadi islahatlarımız siyasi islahatlarla tamamlanır. Bu istiqamətdə böyük addımlar atılır”.
Əminliklə söyləmək olar ki, Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu istiqamətində böyük uğurlar əldə edib. Bu inkişaf yolu hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu strateji inkişaf xəttinin indiyədək davam etdirilməsi isə respublikamızın ən çətin dövrlərində olduğu kimi bu gün də öz bəhrəsini verməkdədir. Davamlı mütərəqqi islahatların nəticəsi olaraq Azərbaycanda fikir plüralizmi, söz və vicdan azadlığı, çoxpartiyalılıq, rəqabətli siyasi və iqtisadi mühit formalaşıb. Eyni zamanda, Azərbaycanda bütün sahələrdə reallaşdırılan demokratik islahatlar ölkəmizin öz milli maraqları olan müstəqil bir dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi. Gənc müstəqil respublika olmasına baxmayaraq, ölkə rəhbərliyinin məqsədyönlü fəaliyyəti Azərbaycan xalqında dövlətin gücünə və gələcəyinə inam hissi, milli təfəkkürdə isə azərbaycançılıq ideyası əsasında müstəqil dövlətçilik təsəvvürləri formalaşdırdı.
Digər bir tərəfdən, Azərbaycanın qətiyyətli daxili və xarici siyasəti ölkəmizin sözün əsl mənasında müstəqilliyinə şübhə ilə yanaşan və bunu qəbul etmək istəməyən xarici qüvvələri reallıqla barışmağa sövq etdi. Azərbaycanın heç bir kənar təzyiqə boyun əymədən beynəlxalq aləmdə atdığı addımlar, eləcə də, ölkə daxilində həyata keçirilən siyasi islahatlar onu göstərir ki, ölkə rəhbərliyi müstəqil dövlətçilik maraqlarına xidmət edən siyasət yürüdür. Dövlət başçısının da qeyd etdiyi kimi, bu addımlar hansısa məcburiyyətdən deyil, məqsədyönlü şəkildə ölkənin gələcəyinə hesablanaraq atılır: “Azərbaycanda bütün başqa sahələrdə olduğu kimi, siyasi islahatların aparılması bizim şüurlu seçimimizdir. Biz bu işləri şüurlu şəkildə edirik. Yəni, hansısa beynəlxalq təşkilat qarşısında öhdəliyin yerinə yetirilməsi üçün etmirik”.
Məlumdur ki, siyasi islahatların nə dərəcədə uğurlu olması, ilk növbədə, özünü seçkilər prosesində göstərir. Bu baxımdan, geridə qoyduğumuz 2010-cu il Azərbaycanda demokratiyanın təntənəsi kimi yadda qaldı. Son bir neçə ildə seçki qanunvericiliyindəki mütərəqqi dəyişikliklər nəticəsində Azərbaycanda seçkilər daha şəffaf və daha demokratik keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, 7 noyabr parlament seçkiləri namizədlərə, həmçinin, seçicilərin iradəsini azad ifadə etməsi üçün yaradılan şəraitə və obyektivliyinə görə nümunəvi sayıla bilər. Bunu beynəlxalq müşahidəçilərin Azərbaycandakı seçkilər barədə rəyləri də təsdiqləyir.
Xüsusi vurğulamaq lazımdır ki, bu gün Azərbaycanda mövcud olan azad siyasi mühit plüralizm şəraitində sağlam siyasi mübarizəyə hər cür imkan yaradıb. Məhz vətəndaşların qanunvericiliklə müəyyən olunan siyasi hüquq və azadlıqlarının reallıqda tam şəkildə əksini tapmasının nəticəsi olaraq ölkəmizdə siyasi mədəniyyətin yüksəlməsi, sağlam rəqabətin formalaşması istiqamətində müsbətə doğru ciddi irəliləyişlər hiss olunmaqdadır.
Beləliklə, bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, siyasi sahədə də gerçəkləşdirilən islahatlar, əsaslı yeniliklər sayəsində respublikamız sözün əsl mənasında müstəqil, beynəlxalq aləmdə siyasi çəkiyə malik bir dövlətə çevrilib. İnanırıq ki, bu siyasi strateji inkişaf xəttinin 2011-ci ildə və qarşıdan gələn illərdə də uğurla davam etdirilməsi ilə Azərbaycan daha yüksək zirvələr fəth edəcək. Prezident İlham Əliyevin də bildirdiyi kimi, Azərbaycan öz yolu ilə irəliləməkdə və gündən-günə güclənməkdədir: “Biz xoşbəxtik ki, müstəqilliyi görürük və nəinki görürük, müstəqilliyin güclənməsində fəal iştirak edirik”.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42

