Ekologiya ili hər il olmalıdır
04.03.2011 [18:47]
Ətraf mühitin problemləri ilk növbədə insan amili ilə izah edilir. Bu səbəbdən dünya ölkələri bu təsiri mümkün qədər azaltmağın yollarını axtarır. Azərbaycanda isə bu istiqamətdə məqsədyönlü addımlar atılır. ölkədə içməli su probleminin həllinə, tullantı sularının idarə olunmasına, neftlə çirklənmiş ərazilərin təmizlənməsinə və başqa iri layihələrin həyata keçirilməsinə dövlət böyük vəsait ayırır. ötən 2010-cu ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Ekologiya ili” elan olunması əslində bu tədbirlərin davamı olsa da, görünür, həm də bundan sonrakı fəaliyyətin başlanğıcı olacaq. Bu, ölkə başçısı İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda səsləndirdiyi fikirlərdən də aydın görünür: “Bu il “Turizm ili” elan edilib, amma o demək deyil ki, “Ekologiya ili” başa çatıbdır. “Ekologiya ili hər il olmalıdır. Keçən il böyük işlər görülüb - ağaclar əkilib, neftlə çirklənmiş gölməçələr təmizlənib, içməli su layihələri icra edilmişdir. Baxmayaraq ki, bu il “Turizm ili”dir, ancaq “Ekologiya ili” bu il də davam etdirilməli və bütün yerli icra orqanları keçən il işlədikləri kimi, bu il də işləməlidirlər. Nəzərə alsaq ki, Azərbaycan ictimaiyyəti də bu məsələyə çox böyük həvəslə yanaşmışdır, bu iş davam etdiriləcəkdir”.
ötən il ölkəmiz dünyada başlanan “Yaşıl dünya naminə” hərəkatına həvəslə qoşularaq bu sahəyə öz töhfəsini verib. Prezident İlham Əliyevin Bakı və onun ətrafında 3 milyon ağacın əkilməsi barədə təşəbbüsü ilə əlaqədar genişmiqyaslı işlər aparılıb. İstər dövlət, istər özəl sektor, istərsə də əhalinin fəal iştirakı nəticəsində milyonlarla ağac əkininə nail olunub. Təkcə Bakıda və Abşeron yarımadasında ölkə Prezidentinin tapşırıqlarına əsasən 2,8 milyondan çox, ümumilikdə respublika ərazisində isə 8 milyondan artıq ağac və kol bitkisi əkilib. Yalnız ağac əkilməsi ilə kifayətlənilməyib, geniş və müasir suvarma şəbəkəsinin qurulması, ağaclara aqrotexniki qulluq sahəsində də böyük işlər görülüb.
“Ekologiya ili” yaşıllıq ərazilərinin artırılması, əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması, təhlükəli tullantıların idarə olunması, pilot layihələrin həyata keçirilməsi və s. sahələrdə görülmüş tədbirlərlə də yadda qalıb. Belə ki, ötən il ərzində Kür-Araz boyu və digər yaşayış məntəqələrində 76 min əhalisi olan 34 yaşayış məntəqəsində sutəmizləyici qurğular quraşdırılıb. Bu sahədə işləri yekunlaşmış hesab etmək olmaz. çünki hazırda daha 29 yaşayış məntəqəsində işlər davam etdirilir.
ötən il üçün ən maraqlı layihələrdən biri olan dəniz suyunun duzsuzlaşdırılması üzrə pilot layihənin hazırlanması məqsədilə tender keçirilib və qalib şirkət müəyyənləşdirilib. Hazırda müvafiq avadanlığın ölkəyə gətirilməsi istiqamətində işlər davam etdirilir. 2011-ci ildə bu prosesin eyni sürətlə davam etdiriləcəyi planlaşdırılıb.
Ətraf mühitdə tarazlığın bərpa olunmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi vacib şərtdir. Ekoloji şəbəkənin yaradılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində, hazırda, ölkəmizdə ümumi sahəsi 890 026,2 hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir və ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir. ötən il Nazirlər Kabinetinin 2010-cu il 8 iyul tarixli sərəncamı ilə Şahdağ Milli Parkının ərazisi 14613,1 hektar genişləndirilib. Həmçinin, ölkə Prezidentinin 26 dekabr 2008-ci il tarixli Sərəncamına əsasən, ölkəmizdə ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması istiqamətində artıq layihə üzrə master planın və texniki şərtlərin hazırlanması üzərində işlərin yekunlaşma mərhələsindədir.
Bir sözlə, 2010-cu il də daxil olmaqla ötən dövr ərzində ölkəmizdə ətraf mühit sahəsində ciddi tədbirlər görülüb. Həmin tədbirlərin davamı olaraq, işlər bu il də davam etdiriləcək. Artıq növbəti illər üçün prioritetlər müəyyənləşdirilib. Abşeron yarımadasında neft məhsulları və digər zərərli maddələrlə çirklənmiş ərazilərin bərpası və yeni yaşıllıqların salınması, avtomobil yolları boyu ətraf ərazilərin yaşıllaşdırılması, təmizlənmiş tullantı sularından yaşıllıqların suvarılmasında təkrar istifadə, regionların ekoloji cəhətdən içməli su ilə təminatı, Xəzər dənizinin çirklənmədən qorunması, tullantıların idarə olunması, dəniz suyunun duzsuzlaşdırılması və alternativ enerji mənbələrindən istifadə növbəti prioritet hədəflərdəndir.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28

