Dövlət başçısı sahibkarları daha cəsarətli və qətiyyətli olmağa çağırdı
13.05.2011 [10:01]
Bu gün ölkədə sahibkarlığın inkişafı iqtisadiyyatın bütün bölmələrində yerli istehsalın artması fonunda açıq şəkildə özünü göstərir. Sahibkarlıq subyektləri hər il sərmayə qoyuluşlarını artırırlar. Bu tendensiya açıq şəkildə təsdiq edir ki, ölkə iqtisadiyyatında azad rəqabət mühiti mövcuddur və sahibkarlar üçün əlverişli şəraitin yaradılması onların geniş şəkildə fəaliyyətini stimullaşdırır. Dövlət başçısının vurğuladığı kimi, sahibkarların Azərbaycanın iqtisadi inkişafına böyük inamı var. Bunun nəticəsidir ki, həm yerli sahibkarlar, həm də xarici investorlar Azərbaycana böyük maraq göstərirlər.
Prezident İlham Əliyev bildirib ki, korrupsiya ilə mübarizə tədbirlərinin böyük bir sahəsi sahibkarlıq sektoru ilə bağlıdır. Sahibkarlara yaradılan maneələrin aradan qaldırılması, onlara lazımi bütün şəraitin yaradılması dövlətin əsas məqsədlərindən biridir. Dövlət hər il sahibkarlara olan dəstəyini gücləndirir, nəticədə bu sahədə mühüm inkişaf dinamikası hər il artır. Eyni zamanda, sahibkarlar ölkəmizin iqtisadiyyatına sərmayə qoymaqla həm öz imkanlarını genişləndirirlər, eyni zamanda, ölkəmizin inkişafına xidmət etmiş olurlar: “Mən çox şadam ki, Azərbaycanda sahibkarların əksəriyyəti məsuliyyətli insanlardır. Onlar, eyni zamanda, sosial məsələlərin həlli ilə də məşğuldurlar. Mən bilirəm ki, sahibkarlar xeyriyyəçiliklə də məşğuldurlar. Kimin imkanı var, əlbəttə ki, bu məsələyə daha da böyük diqqət göstərməlidir. Sahibkarlar isə, eyni zamanda, rəqabət qabiliyyətli məhsulların istehsalına daha da çox üstünlük verməlidirlər”.
ümumiyyətlə, iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısının alınması, azad rəqabət mühitinin yaradılmasının təmin edilməsi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoyulması, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizənin aparılması aidiyyəti dövlət orqanlarının əsas vəzifəsidir. Məlum olduğu kimi sahibkarlıq sektorunda bir sıra hallarda inhisarçılıq əlamətləri özünü büruzə verir və bu iqtisadi inkişafı, azad rəqabəti əngəlləyir. İnhisarçılıqla mübarizə tədbirləri genişmiqyaslı və sistemli iş olmaqla iqtisadiyyatın bir sıra sahələrində korrupsiyaya və rüşvətxorluğa yol açan meyillərin qarşısının alınmasına xidmət edir. Bu istiqamətdə atılan addımlar ümumilikdə strateji məqsəd hesab edilməklə, həm də ölkə həyatının bütün bölmələrində şəffaflığın təmin edilməsinə öz töhfəsini verir.
Məhz bu amillərin mühüm əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev inhisarçılığa rəvac verə biləcək faktorların qarşısının alınması üçün lazım olan bütün tədbirlərin görülməsini aidiyyəti orqanların qarşısında başlıca vəzifə kimi qoyub. Dövlətimizin başçısı iqtisadi və sosial fəaliyyət sahələrində qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməsi, əsassız yoxlamaların aparılmaması, azad rəqabətin təmin edilməsi, inhisarçılıq meyillərinin qarşısının alınması və digər hallarla bağlı aidiyyəti orqanlara xəbərdarlıq edib. Dövlət başçısı milli inkişafa mane olan, azad rəqabət mühitinə zərər verə biləcək hallara qarşı amansız mübarizə tədbirlərinin gücləndirilməsini zəruri sayır və bu işdə ictimaiyyətin hər bir üzvünü, sahibkarları mübariz olmağa dəvət edir. Prezident İlham Əliyev rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinin öz müsbət nəticələrini verdiyini qeyd edərək sahibkarlara bu istiqamətdə daha sistemli tədbirlərin görülməsi üçün cəsarətli və qətiyyətli olmağı tövsiyə edir: “Mən bu məsələ ilə bağlı bir neçə dəfə fikirlərimi bildirmişəm, müvafiq tapşırıqlar da verildi. Sahibkarlar da öz tərəfindən əsassız tələblərə qarşı mübarizə aparmalıdırlar, müqavimət göstərməlidirlər, hər bir xoşagəlməz hallarla üzləşəndə mütləq müvafiq dövlət qurumlarına məlumat verməlidirlər”.
Göründüyü kimi, Prezident İlham Əliyevin azad sahibkarlığa, özəl sektora verdiyi böyük siyasi dəstək rüşvətxorluğa qarşı ən sərt və amansız mübarizə tədbirlərinin həyata keçirilməsi üçün güclü mexanizm yaradır. Yəni, qeyd olunan neqativ halların qarşısının alınmasında birbaşa dövlətin başçısı öz güclü dəstəyini nümayiş etdirməklə bütün aidiyyəti orqanları mübarizə tədbirlərində səfərbər olmağa çağırır. Bu, eyni zamanda, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə tədbirlərinin prinsipial xarakter daşıdığını və dövlət siyasətinin ən prioritet sahələrindən birini təşkil etdiyini təsdiqləyir. Bu istiqamətdə görülən sərt tədbirlər korrupsiya ilə mübarizənin öz mühüm effektiv nəticələr verməsini şərtləndirməklə bərabər, cəmiyyətin hər bir üzvündə, o cümlədən, sahibkarlarda qətiyyətlilik və prinsipiallılıq xüsusiyyətlərini gücləndirir, fəaliyyətində nöqsanlara yol verən məmurlara qarşı onların müqavimətini möhkəmləndirir, baş verən mənfi hallar barədə lazımi ünvanlara çəkinmədən bütün təfərrüatları ilə məlumatların verilməsində mübarizliyini artırır.
Onu da qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq orqanlar sahibkarlıq sektorunda yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydalarını hazırlayıb. May ayından qüvvəyə minən qaydalara əsasən, yoxlamaların bütün təfərrüatları reyestrdə qeydiyyata alınacaq. Yoxlama aparan dövlət orqanının nümayəndəsi sahibkarlıq fəaliyyətinə əngəl törətmək istədiyi halda qanunvericiliyin müvafiq tələblərini pozduğuna görə, məsuliyyətə cəlb olunacaq. Yeni qaydaların da mahiyyəti bundan ibarətdir ki, yoxlamalar şəffaflığın artırılmasına kömək etsin, sahibkarlıq bölməsində investisiya mühitini daha da yaxşılaşdırsın. Bütün bu və digər genişmiqyaslı tədbirlərin həyata keçirilməsi iqtisadiyyatda inhisarçılığın tamamilə aradan qalxmasına, sahibkarların iqtisadi inkişafa daha böyük töhfə verməsinə əlverişli şərait yaratmış olacaq.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40

