Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir
28.07.2011 [10:26]
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın əldə etdiyi uğurlu inkişaf göstəriciləri bütün problemlərin həllində mühüm rol oynayıb. Sürətli iqtisadi inkişaf və sosial yüksəliş, o cümlədən, siyasi sabitlik ölkəmizin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsinə də mühüm töhfəsini verir. Bu isə öz növbəsində Azərbaycanın xarici ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrinin möhkəmlənməsinə xidmət göstərir. Ən əsası ümummilli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər, atılan addımlar torpaqlarımızı işğal altında saxlayan Ermənistanın artıq məğlubiyyətə məhkum olduğunu aşkara çıxarır.
Qeyd etdiyimiz kimi, bu gün Azərbaycanın xarici siyasətinin prioritet istiqaməti bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Məhz bu istiqamətdə aparılan fəaliyyət, əldə olunan nəticələr ölkəmizin mühüm uğurlar qazandığını deməyə əsas verir. Digər tərəfdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərilir. Prezident İlham Əliyev xarici ölkələrin başçıları ilə görüşlərdə hər zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri diqqətə çatdıraraq Azərbaycanın ədalətli mövqeyini bəyan edib. Bir neçə gün öncə Bakıda səfərdə olan Polşa Prezidenti Bronislav Komorovski ilə görüşündə də ölkə başçısı münaqişə ilə bağlı həqiqətləri Polşanın dövlət başçısının diqqətinə çatdırıb. Dağlıq Qarabağın qədim Azərbaycan torpağı olduğunu qonağa bildirən Prezident İlham Əliyev həmin ərazidə mövcud olan toponimlərin də ölkəmizə aid olduğunu söyləyib: “Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı o torpaqlarda yaşamışdır, yaratmışdır. “Qarabağ” sözünün özü də Azərbaycan mənşəlidir, orada mövcud olan abidələrin və toponimlərin hamısının Azərbaycan kökləri vardır”.
ümumiyyətlə, bu gün Azərbaycan diplomatik çərçivədə əldə etdiyi uğurlar sayəsində bütün xarici ölkələrlə, beynəlxalq təşkilatlarla yaxın əməkdaşlığa malikdir. Bunun sayəsində isə həmin ölkələrdə və beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aydın bir fikir formalaşır. Vaxtilə Ermənistanın yaratdığı yalançı informasiya blokadası artıq dağılır və əsl həqiqətlər üzə çıxır, bu ölkənin işğalçı siyasəti, terror niyyəti ifşa olunur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, son illərdə qazanılan mühüm uğurlar, ölkə Prezidentinin həyata keçiridyi hücum xarakterli diplomatiya, xarici siyasət kursu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində aşkar şəkildə önə çıxmasını təmin edib. Artıq bir sıra ciddi beynəlxalq təşkilat Ermənistanın işğalçı siyasət apardığını açıq şəkildə bildirir, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini yeganə həll variantı kimi irəli sürür.
Digər tərəfdən, Ermənistan Azərbaycanın ərazilərini işğal altında saxlamaqla bir sıra beynəlxalq konvensiyaları, o cümlədən, BMT Təhlükəsizlik Şurasının işğal faktı ilə bağlı qəbul etdiyi qətnamələri yerinə yetirməkdən boyun qaçırır. Bu, Azərbaycanın ərazi bütövlüyünün, vətəndaşlarımızın hüquqlarının pozulması ilə yanaşı, Cənubi Qafqaz regionunda da sabitliyə böyük təhlükə yaradır. Qeyd etmək yerinə düşər ki, Ermənistan problemin tənzimlənməsində qeyri-konstruktiv mövqe nümayiş etdirməklə bölgədə reallaşması nəzərdə tutulan bir sıra mühüm, qlobal miqyaslı layihələri də təhlükə qarşısında qoyur. çünki münaqişənin sülh yolu ilə tənzimlənməsinə maneçilik törədən Ermənistan münaqişənin həllini silahlı qarşıdurmaya sürükləyir. Azərbaycan tərəfi isə hər zaman münaqişənin sülh yolu ilə tənzimlənməsinə, beynəlxalq konvensiyaların, hüquq normalarının yerinə yetirilməsini istəyib. Prezident İlham Əliyev Polşa Prezidentinin şərəfinə verilən ziyafətdə çıxışında bildirib ki, beynəlxalq təşkilatların tələbləri yerinə yetirilməli, Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir: “Beynəlxalq hüquq normaları baxımından da Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv qəbul ediləndə onun bir hissəsi olan Dağlıq Qarabağ da Azərbaycanın tərkibində olmuşdur. Hesab edirəm ki, bu gün məsələnin həlli üçün imkan var, beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olunmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir, Avropa İttifaqının, Avropa Parlamentinin, ATƏT-in qərar və qətnamələri icra edilməli və Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31

