/ / Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub
Prezident İlham Əliyev Dənizkənarı Milli Parkın ərazisində aparılan yenidənqurma işlərinin gedişi ilə tanış olub
02.11.2011 [14:24]
Əvvəlcə “Kiçik Venesiya şəhərciyi” adlanan əraziyə gələn dövlətimizin başçısına məlumat verilib ki, burada əsaslı yenidənqurma və bərpa işlərinə bu ilin iyununda başlanıb. ümumi sahəsi 9740 kvadratmetr olan şəhərcikdə işlərin böyük əksəriyyəti artıq başa çatdırılıb.
Prezident İlham Əliyev şəhərciyin yenidənqurmadan sonrakı görüntülərini əks etdirən stendlərə baxıb. Bildirilib ki, ərazidə bütövlükdə tikinti və yenidənqurma işləri gələn ilin fevralında yekunlaşdırılacaq. Burada yaradılan ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalda 10 qayığın üzməsi nəzərdə tutulub. İstirahətə gələn vətəndaşların və qonaqların şəhərciyin ərazisində həm qayıqda, həm də piyada sərbəst hərəkəti üçün altı körpü və bir tunel tikilib. Kanalların doldurulması üçün min kubmetr həcmində su anbarı, 600 kubmetr həcmində isə sutəmizləyici sahə yaradılıb. Kanalların doldurulması üçün 7 min kubmetr su sərf olunacaq.
Şəhərciyin ərazisində iki restoran da inşa edilir. Restoranlarda müştərilərə Azərbaycan, Şərq və Avropa mətbəxinin nümunələri təqdim olunacaq. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı salınacaq. Kanallarda, fəvvarələrdə, körpülərdə və tuneldə qurulacaq işıqlandırma sistemi axşam saatlarında şəhərciyi ən sevimli istirahət guşələrindən birinə çevirəcək. Əsl Venesiyanı xatırladacaq “Kiçik Venesiya şəhərciyi” öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verəcək.
Sonra Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün Dənizkənarı Milli Parkın ərazisində inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə maraqlanıb.
Dövlətimizin başçısına məlumat verilib ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, UNESCO-nun birgə layihəsi əsasında inşa edilən binanın tikintisinə 2008-ci ilin mayında başlanıb. Milli memarlıq ənənələrinə daha çox üstünlük verilən Xalça Muzeyinin dördmərtəbəli yeni binasının tikintisi artıq başa çatmaq üzrədir. ümumi sahəsi 18 min kvadratmetrdən çox olan binanın birinci mərtəbəsində muzeyə gələn qonaqlar üçün guşələr, inzibati və elmi zona, eksponatlar saxlanılan xüsusi yerlər, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, suvenir və kitab köşkü, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaq. Dördüncü mərtəbədə isə sərgi salonları və görüş otaqları yerləşəcək. Binanın zirzəmisində ən müasir avadanlıqla təchiz olunan arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri fəaliyyət göstərəcək. Burada, həmçinin açıq havada heykəllərin və xalçaların nümayişi üçün də sahə nəzərdə tutulub. Binanın ətrafında yaşıllaşdırma işləri aparılacaq, muzey kompleksi yaradılacaq.
Muzeyin yeni binası istifadəyə verildikdən sonra burada 200 nəfərin çalışacağı nəzərdə tutulub. Yeni bina Bakının memarlıq ansamblına xüsusi gözəllik gətirəcək.
Azərbaycan Prezidenti daha sonra Dənizkənarı Milli Parkın Yeni Bulvar adlanan hissəsinə gəlib. Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi istiqamətində aparılan tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısına məlumat verilib ki, Yeni Bulvarın uzunluğu 1800 metrədəkdir. Burada 25 metr enində hərəkət və gəzinti zolağı inşa olunur. Bu hissədə işlər artıq başa çatmaq üzrədir. Burada Dənizkənarı Milli Parka aid avtomobillərin hərəkəti üçün yol da inşa olunacaq.
Prezident İlham Əliyev Yeni Bulvarın planının əks olunduğu stendə baxıb. Bildirilib ki, gəzinti zolağı boyunca yaşıllıqlar salınacaq, istirahət guşələri yaradılacaq, uşaqlar üçün attraksionlar quraşdırılacaqdır. Dənizkənarı Milli Parkın mövcud hissəsinə birləşərək Dövlət Bayrağı meydanına qədər uzanan Yeni Bulvarda əhalinin istirahəti üçün bütün şərait yaradılacaq. Burada inşaat işlərinin gələn ilin aprelində başa çatdırılması nəzərdə tutulub.
Qeyd olunub ki, köhnə gəmi təmiri zavodunun yerləşdiyi ərazidə təmizləmə işləri daha da sürətləndirilib. ümumi sahəsi 43 min kvadratmetr olan Yeni Bulvarın ərazisində 34 min kvadratmetr həcmində betonlanma işləri həyata keçirilib.
Dövlətimizin başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

