/ / Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi tərəfindən gətirilən torpaqsoran qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirib
Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyi tərəfindən gətirilən torpaqsoran qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirib
25.01.2012 [00:58]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən gətirilən qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirib. Prezident İlham Əliyev torpaqsoran qurğular, yedək və təchizat gəmiləri, tədqiqat kateri ilə tanış olmaq üçün Yaxt Kluba gəlib. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov gətirilmiş qurğular, gəmilər və kater barədə Prezident İlham Əliyevə məruzə edib. Bildirilib ki, Niderland Krallığının “Damen” şirkətinin istehsal etdiyi “CSD-500” torpaqsoran qurğular su səthindən 14 metr dərinliyə qədər məsafədə dibdərinləşdirmə işlərini yerinə yetirir.
Dövlətimizin başçısı torpaqsoran qurğunun kapitan körpüsü ilə tanış olub. Qurğunun ən müasir naviqasiya avadanlığı ilə təchiz olunduğu bildirilib. Torpaqsoran qurğuların istehsal prosesindən və dibdərinləşdirmə tədbirləri zamanı tətbiqindən bəhs edən film göstərilib. üç nəfər heyətdən ibarət, ümumi uzunluğu 49,10 metr olan qurğunun suvurma nasoslarının gücü saatda 4 min kubmetrdir. çay məcralarında süxurun tərkibindən asılı olaraq dibdərinləşdirmə işləri zamanı qurğunun istehsal gücü də dəyişir. Bu qurğular əsasən lil, qum və bərk süxurları soraraq boru kəməri ilə uzaq məsafələrə vurulmasını təmin edir. Qurğunun qazıma nöqtəsindən boru kəməri ilə birbaşa uzağa vurmaq məsafəsi 1500 metrdir. Bütövlükdə əlavə ötürücü stansiyalar quraşdırmaqla nasosların vurma məsafəsi maksimum 5 kilometrə qədər çatdırıla bilər. İstifadə olunan üzən boru kəmərləri Rusiyada kompozit materialdan hazırlanıb. Quruda istifadə olunacaq borular isə Sumqayıtdakı “AZENCO” ASC tərəfindən istehsal edilib.
Yedək və təchizat gəmilərinin göstəriciləri barədə də dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, Türkiyə Respublikasının Tuzla şəhərində istehsal edilmiş yedək və təchizat gəmilərindən biri 1200, digər ikisi isə 900 at gücünə malikdirlər (YQ-1, YQ-2, YQ-3). Bu gəmilər torpaqsoran qurğuları müvafiq məsafələrə yedəkdə apararaq təchizat işlərini təmin edəcəkdir. Göyərtəsindəki 10 ton yükqaldırma qabiliyyətinə malik teleskopik kran müxtəlif növ təchizat və köməkçi işləri yerinə yetirmək imkanına malikdir.
Tədqiqat kateri (TK-1) də Türkiyənin Tuzla şəhərində istehsal edilib. Bu kater dibdərinləşdirmə tədbirlərində tələb olunan tədqiqat işlərinin yerinə yetirilməsini təmin edəcək.
Qeyd olunub ki, göstərilən işlərin həyata keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin nəzdində Dibdərinləşdirmə İşləri İdarəsinin yaradılması nəzərdə tutulub. İdarənin fəaliyyətini təmin etmək üçün müvafiq nəqliyyat-texniki vasitələr alınacaq. Bu məqsədlə dünyada daşqınların qarşısının alınması və dibdərinləşdirmə tədbirlərinin həyata keçirilməsində aparıcı ölkə olan Niderland Krallığının “Deltares” və “Royal Haskoning” institutları ilə müvafiq məsləhətləşmələr aparılır. Gəmilərin fəaliyyətinin təmin edilməsi üçün əsas bazanın Neftçala, köməkçi bazaların isə Salyan və Sabirabad şəhərlərində yerləri seçilib, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən müvafiq layihə hazırlanıb. Layihəyə uyğun olaraq körpü, anbarlar, təmir sexləri və inzibati binalar inşa olunacaq.
Dibdərinləşdirmə işlərinin dəqiq həyata keçirilməsi üçün Neftçala, Salyan və Sabirabad rayonları əhatə olunmaqla bütün Kür çayı boyunca batimetriya işləri artıq başa çatdırılıb. Bu tədbirlərin Neftçala, Salyan və Sabirabad rayonlarında planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Tələb olunan işləri görmək üçün hər rayonda bir torpaqsoran qurğu, bir yedək-təchizat və bir kiçik yedək gəmisi işləyəcək. Müasir avadanlıqlarla təchiz edilmiş tədqiqat kateri isə hər üç rayonun ərazisində batimetriya işlərini həyata keçirəcək.
çayın dibindən sorularaq çıxarılan su-qrunt qarışığı, suyun üzərində qalma qabiliyyətli kompozit materialdan hazırlanmış borular, quru ərazidə isə polietilen borular ilə durulducu hovuzlara töküləcək, sonra isə müvafiq istiqamətdə çaya axıdılacaq, qrunt isə texnika vasitəsilə kənara daşınacaq. Durulducu hovuzların layihə işləri başa çatdırılıb və yaxın vaxtlarda icrasına başlanılacaq. ümumi sahəsi 202 hektar olan durulducu hovuzların ikisi Neftçalada, dördü Salyanda, üçü isə Sabirabadda inşa ediləcək. Neftçala, Salyan, Sabirabad rayonlarının ərazilərində 1,3 milyon kubmetr qruntun çıxarılması nəzərdə tutulur. Gətirilmiş qurğular, gəmilər və katerlə yaxından tanış olan Prezident İlham Əliyev sonda torpaqsoran qurğunun işləmə prosesini də izləyib.
Xəbər lenti
Hamısına baxSosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

