Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Hadisə / DGK: Külli miqdarda narkotik vasitə aşkarlanıb

DGK: Külli miqdarda narkotik vasitə aşkarlanıb

16.03.2025 [22:48]

Yük nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.

Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 664 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31