Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 1 il öncə İlham Əliyevin Ağ Evdə dediklərindən sonra Paşinyan niyə üzr istəmişdi?

1 il öncə İlham Əliyevin Ağ Evdə dediklərindən sonra Paşinyan niyə üzr istəmişdi?

07.08.2026 [20:41]

Tarix: 8 avqust 2025-ci il, məkan: ABŞ, Vaşinqton. Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşün nəticələrinə dair Birgə Bəyannaməni imzalanır. Tarixin sənədin birinci məndində yazılır: “Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq”.

Bu sənəddən cəmi 23 ay əvvəl Azərbaycan ordusunun həyata keçirdiyi 23 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda bir sərdən artıq müddətdə kök salmış erməni separatizminin kökü kəsilmişdi və Ermənistanın işğalına son qoyulmuşdu. Təsəvvür edin, qısa müddət sonra Ermənistan rəhbərliyi Azərbaycanın Qalib Prezidentinin sülh şərtlərini qəbul edərək, hazırlanmış sənədin paraflanmasına, həmçinin sülh atmosferinin yaradılmasını hədəfləyən anlaşmaların əldə olunmasına razılıq verir.  

ANTİTERROR SON.jpg (60 KB)

Başqa bir tarixi hadisəyə diqqət edək: İkinci Dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqlənmişdi. Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından heç iki il də keçməmiş Ermənistanı sülhə məcbur etdi. Özü də 44 günlük müharibədən sonrakı müddətdə ayrı-ayrı paytaxtlar və təşkilatların katalizatorluq fəaliyyəti səngimirdi, Fransa başda olmaqla, Avronın müxtəlif mərkəzləri Ermənistanı revanşa sövq etməkdən ötrü müxtəlif yollara əl atırdılar. Amma unudurdular ki, İlham Əliyev “Qarabağ Ermənistandır. Nöqtə”, deyən Nikol Paşinyanı 45-ci gündə, Rusiyanın da iştirakı ilə kapitulyasiya aktına imza atmağa, 9 bəndlik sənədi imzalamağa məcbur etmişdi. Sonradan Paşinyan etiraf edəcəkdi ki, əgər sənədi imzalayıb, savaşı dayandırmasaydı, Qarabağdakı minlərlə erməni hərbçinin məhvi qaçılmaz olacaqdı...

Azərbaycan Prezidenti ölkəmizə qarşı bu qədər cinayətlər törədilməsinə baxmayaraq, savaşın sonsuza qədər davam etdirilməsinə ehtiyac görmədi, lakin qarşıya qoyduğu tələblərin əməl edilməsini hər zaman prinsipial mövqe olaraq irəli sürdü, həllinə nail oldu. 44 günlük müharibədə Ermənistanın ərazilərimizi azad etməsi ilə bağlı konkret qrafik verməsi tələbini qoydu, 3 rayonun məhz döyüşsüz azad edilməsinə nail oldu, həmçinin antiterror əməliyyatından sonra da məsələlərin sülh və danışıqlar yolu ilə həllinə daha çox önəm verdi. Bu, dünyada nadir hallarda rast gəlinən üstün keyfiyyətlərdəndir, bir çox hallarda ayrı-ayrı ölkələrin rəhbərləri tərəfindən etiraf olunub. Hətta Azərbaycan ordusunun şərti düşməni iti qovan kimi qovduğu günlərdə şərti sərhədlərdə dayanması, hələ də kadastr sənədi olmayan Ermənistanın içərilərinə doğru irəliləyib, özü üçün bufer zona yaratmaması heyrət və təəccüblə qarşılanır. Axı, dünya təcrübəsində fərqli gedişat müşahidə ounur, tərəflərdən biri hücumdadırsa, mütləq qarşı tərəfin ərazilərini ilhaq edir, özününküləşdirir, yaxud təhlükəsizlik zonası elan edir. Azərbaycan isə sülhməramlı dövlət olaraq yalnız öz sərhədləri daxilində təhlükəsizlik haləsi yaratmağı qarşıya məqsəd qoyub və ona nail olub. Bu, müharibənin İlham Əliyev modelidir, ədalətli qaydasıdır! Düz bir il əvvəl, 2025-ci il avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması da Prezident İlham Əliyevin fəaliyyətinin nəticəsi və müharibədə qalib olan dövlət başımızın sülhdə də qələbəsidir. Prezident İlham Əliyev müharibədə qalib olaraq və Ermənistanı sülhə məcbur edərək yeni reallıq yaratdı. Bugünkü sülh, təhlükəsizlik mühitinin güclənməsi, Ermənistanın revanşist iddialardan geri çəkilməsi, konstitusion islahatlara razı olması və bu istiqamətdıə iş aparlması bunun nəticəsidir. Odur ki, kimsə Ermənistanla əldə olunmuş razılaşmanı başqa birisinin adına bağlamağa cəhd göstərməsin! İlham Əliyev hətta Vaşinqtondan əvvəl Əbu-Dabidə Ermənistanın baş naziri və nümayəndə heyətinin üzvləri ilə görüşdə bir addım irəli atıb, sülh əlini uzatmaqla nə qədər böyük Lider olduğunu bütün dünyaya nümayiş etdirmişdi. Ondan əvvəl də məhz ikitərfəli formatda danışıqların aparılmasının nəticəyönümlü olacağına Ermənistan rəhbərliyini inandırmaqla həm bir neçə kəndimizin işğaldan azad olunmasına nail olmuş, həm də xarici moderatorların, öz maraqlarını təmin etməkdən, bölgədə varlıqlarını həyata keçirməkdən ötrü çalışanların neytrallaşdırılmasına nail olmuşdu.

695af2660ec5b499839c9dafb42c1ba8.jpg (257 KB)

Beləliklə, Prezident İlham Əliyev həm müharibədə, həm də sülhdə qələbə qazandı. Azərbaycanla Ermənistan arasında ABŞ-də sülh müqaviləsinin paraflanması uzun bir prosesin məntiqi nəticəsi olmuş, Ermənistan sülhə məcbur edilmiş və paraflanma ABŞ-ın vasitəçiliyi ilə baş tutmuşdur. Azərbaycan sülh müqaviləsində nəzərdə tutulan 5 prinsipin müəllifidir. Bir sıra hallarda Ermənistan hazırda özünü sülh tərəfdarı kimi təqdim etsə də, əslində bu, belə deyil. 2020-ci ildən əvvəl Ermənistanın işğalı genişləndirmək planları, müharibə dövründə Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tutması, 44 günlük müharibədən sonra Ermənistanın revanşist planları, 2023-cü ildə antiterror əməliyyatından sonra Paşinyanın reallıqları anlaması və sülhə məcbur edilməsini unutmamışıq. Gəncə, Bərdə, Mingəçevir və digər şəhərlərimizin ballistik raketlərlə atəşə tutulması, günahsız insanlarımızın yatdıqları yerdə qətlə yetirilməsi də dəhşətli müharibə cinayətləri idi. Odur ki, Ermənistan heç də özünü təqdim etdiyi kimi, sülh tərəfdarı olmayıb, məhz İlham Əliyevin ardıcıl siyasəti, Azərbaycanın gücü Ermənistanı sülhə məcbur edib. Buna görə də Azərbaycan həm qalib ölkədir, həm də sülhün müəllifidir.

Azərbaycan və Ermənistan rəhbərlərinin Ağ Evdə, Prezident Donald Trampın şahidliyi ilə razlıaşmalara imza atmaları, sülhə doğru yol xəritəsinin müəyyənləşdirilməsi həm də ABŞ liderinin Azərbaycan Prezidenti İlham Əliyevə böyük etimadının nəticəsi idi. Əks təqdirdə, Tramp Paşinyanmı tanıyırdı? Tarix boyunca Rusiyaya təbəəlik edən, Kremlin forpostu olan hələ bu günədək elə Paşinyanın da etiraf etdiyi kimi, kadastr sənədi olmayan respublikanın rəhbərinə bu qədər zaman ayırması məhz Azərbaycan Prezidentinin sülh təşəbbüslərinə, onun personasına, şəxsiyyətinə verilən dəyərin nəticəsində baş tutdu. O anları yaxşı xatırlayırıq.  

Ümumiyyətlə, ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin formalaşmasında tarixi əhəmiyyətə malikdir. Əldə olunmuş uğurlar Prezident İlham Əliyevin praqmatik, məqsədyönlü, Azərbaycanın milli maraqlarına əsaslanan uğurlu siyasətinin nəticəsidir. Dövlət başçısı bütün məsələlərdə Azərbaycanın maraqlarını öndə tutub, ardıcıl siyasıət yürütmüş və heç nə onu prinsipial mövqeyindən geri döndərə bilməyib. ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası Bayden Administrasiyası dövründə ABŞ-nin Azərbaycana tendensioz münasibəti, həmin dövrə kimi ikitərəfli münasibətlıərdə əldə olunmuş nəticələrə ciddi zərbə vurulması keçmiş administrasiyanın adına qara ləkə olaraq həkk olunub. Zamanında Bayden senator olanda belə, Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olub, prezident seçildikdən sonra isə onun administrasiyasının regionla bağlı baxışı parçalanma, münaqişələr, qarşıdurmalar çərçivəsində qurulub. Uzun dövr ərzində regionda ədalətə və sülhə nail olunmamasının əsas səbəblərindən biri də məhz bu amildən qaynaqlanıb. Bayden administrasiyası Azərbaycanın regionda aparıcı dövlət olmasını, onun potensialını düzgün qiymətləndirməyib və ardıcıl şəkildə Azərbaycanla əlaqələri pozmaq xəttini inkişaf etdirib. Keçmiş administrasiyanın Ermənistanın təcavüzkar siyasətinə, erməni separatizminə dəstəyini unutmamışıq. Hətta hakimiyyətinin son günlərində bu administrasiyanın Ermənistanla imzaladığı xartiya da Bayden administrasiyasının ermənilərə sonuncu mükafatı kimi xarakterizə olunurdu. Amma sonradan Ermənistanda anladılar ki, belə xartiyalarla sülhə nail olmaq yox, sadəcə təfriqə arealını artırmaq mümkündür. Regiona sülh və təhlükəsizliyi məhz Azərbaycan dövləti, onun Prezidenti gətirdi, gec də olsa, İrəvanda nəhayət, bunu anladılar.

DAHLİZ.jpg (240 KB)

Azərbaycan və Ermənistan liderləri arasında Vaşinqtonda imzalanan sənəddə Zəngəzur dəhlizi - “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun reallaşdırılması ilə bağlı məsələ qlobal əhəmiyyətli layihə olaraq qəbul edilir. Ötən müddət ərzində hüquqi məsələlərlə bağlı bir sıra anlaşmalar əldə olunub, amma hələlik tikinti işlərinə başlanılmayıb ki, bu da Ermənistan rəhbərliyinin ənənəvi astagəl siyasətinin və kənardan edilən müdaxilələrə siyasi iradə ilə cavab verə bilməməsinin məntiqi nəticəsidir. Prezident İlham Əliyev ötən il Vaşinqtonda yerli mətnbuata açıqlamasında bildirmişdi ki, planlaşdırılan işlərin həyata keçirilməsində vaxt itirmək olmaz. Şübhəmiz yoxdur ki, digər məsələlərdə olduğu kimi, dövlət başçımız Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında sərbəst, maneəsiz gediş – gəlişin həyata keçirilməsinə də nail olacaq, özünün bəyan etdiyi kimi, Zəngəzur dəhlizi mütləq açıqlacaq!

Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün məqsədlərə çatdığını Ermənistanda da yaxşı bilirlər, elə okeanın o tərəfində də. Təsadüfən cənab Tramp Azərbaycan Prezidentinə xitabən “Siz böyük lidersiniz. Mən sizinlə fəxr edirəm”, deməyib. Dünyanın bir saylı ofisinin, dünya nəhəngi olan dövlətin liderinin bu sözləri Azərbaycan Prezidentinə böyük etimadın və simpatiyanın göstəricisidir.  

Azərbaycan Prezidenti də dəfələrlə Ağ Ev rəhbəri barədə yüksək fikirlər söyləyib, hətta ikinci dönəmdə, hələ Tramp məhkəmə proseslərində ittiham olunduğu zamanlarda Prezident Əliyev məhz onun şanslı olduğu barədə qənaətini bölüşmüşdü. Donald Tram Prezident seçildikdən sonra ABŞ-nin xarici siyasətində köklü dəyişikliklərə rəvac verib, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, dünyada sülh, barış yolunu tutmuş və dünya ölkələri ilə münasibətlərində də məhz bu amili əsas götürüb. Bayden administrasiyasından fərqli olaraq, Prezident Tramp daha rasional, zamanın tələblərinə uyğun siyasət yürütmüş, bunun tərkib hissəsi kimi ölkəsinin Azərbaycanla əlaqələrini yenidən qiymətləndirmiş, Azərbaycanla əlaqələrinin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürüb və həyata keçirməyə başlayıb. Buna görə də ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması bir birini tamamlayır və vahid bir prosesin tərkib hissələri kimi qiymətləndirilir.

Azərbaycan Liderinin uzaqgörənliyini ABŞ rəhbəri də daim yüksək qiymətləndirdi, dəfələrlə İlham Əliyevin fikirlərini şəxsi səhifələrində paylaşdı, hədiyyələr göndərdi, etimadını ifadə etdi, mötəbər tədbirlərə fəxri qonaq olaraq dəvət elədi, haqqında qiymətli sözlər söylədi, Sülh Şurasının təsisçiləri sırasında yer almasından dolayı ricasını dilə gətirdi...

Donald Tramp prezident seçilməzdən əvvəl də onun Prezident İlham Əliyevlə əlaqələri yüksək səviyyədə olub. Həm birinci, həm də ikinci prezidentliyi dövründə Tramp Azərbaycan Lideri barədə etimadını ifadə edib, beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə ona yüksək rəğbətini ifadə edib. Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması barədə razılaşmanın, həminin imzalanmasının özü həm də qarşılıqlı etimada və inama əsaslanır. Eyni zamanda 1992-ci ilin mirası olan “907-ci düzəliş”in dondurulması ilə bağlı qərar qəbul edilməsi də məhz bu münasibətlərin məntiqi nəticəsidir. Həmçinin TRİPP layihəsi haqqında razılaşma və Zəngəzur dəhlizinin həyata vəsiqə qazanması, ABŞ şirkətinin tikinti işlərini həyata keçirməsi ilə bağlı anlaşma da məhz Azərbaycan Prezidentinin razılığı, bölgənin rifahına xidmət edən siyasətinin bariz nümunəsidir. Kimsə unutmasın ki, Zəngəzur dəhlizinin cəmi 42 km-lik hissəsi Ermənistanın ərazisindən keçir və bu layihənin reallaşması Azərbaycan dövlətinin gücünə bağlıdır.

4462d1c1936ffb34f676bb06bd9cb2fa.jpg (161 KB)

Beləliklə, son illərin bir çox hadisələrində olduğu kimi, 1 il öncənin Vaşinqon razılaşmalarında da əsas söz sahibi məhz Odur – Prezident İlham Əliyev! Sözü imzası qədər etibarlı, qüvvətli və bütöv olan Liderin imzaladığı sənədlərin bütün bəndləri icra olunacaq, buna zərrə qədər şübhəmiz yoxdur!

Yekun olaraq:

2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Cənubi Qafqazda əbədi sülh qurulacağı barədə bəyanatından sonra Ermənistanın Baş naziri Nikol Paşinyan nə demişdi?

Xatırlayaq: “Üzr istəyirəm, tam razıyam. Heç bir əlavəm yoxdur”. Belə...Güclü Liderin sözünün üstünə söz deməyə güc-qüvvət, cəsarət, məntiq və digər keyfiyyətlər lazım idi, təbii ki...

Elşad Paşasoy

Paylaş:
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31