/ / Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb
Gədəbəydə 74 yaşlı qadına qarşı törədilmiş zorakılıq və quldurluq cinayəti üzrə bir nəfər saxlanılıb
05.06.2025 [21:17]
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin bağlı qalmış cinayətlərin açılması istiqamətində birgə icra etdikləri kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində daha bir ağır cinayətin üstü açılıb.
Belə ki, mayın 24-də Gədəbəy rayonu, Kəlaman kənd sakini, 1951-ci il təvəllüdlü qadının zorakılığa məruz qalması və ona qarşı quldurluq edilməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, ibtidai istintaq zamanı hadisə yerinə ilkin və əlavə baxışlar keçirilib, zərərçəkmiş şəxs və çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-genetik, kompleks məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizalar təyin olunub, sorğular verilib və digər zəruri istintaq və əməliyyat-axtarış hərəkətləri icra edilib.
Mayın 30-da gecə saat 1 radələrində zərərçəkmiş şəxs müalicə aldığı xəstəxanada vəfat edib və iş üzrə komisyon məhkəmə-tibbi ekspertiza təyin olunub.
Prokurorluq və polis əməkdaşları tərəfindən cinayət əməlini törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində aparılan intensiv və çoxsaylı tədbirlər nəticəsində iyunun 4-də 1993-cü il təvəllüdlü Nizaməddin Bayramov şübhəli şəxs qismində tutulub və o, vəkilinin iştirakı ilə dindirmə zamanı törətdiyi əməli etiraf edib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
“Bağlı qalmış cinayətlərin açılması Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin daim diqqətində saxlanılır və bu istiqamətdə əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – deyə məlumatda qeyd olunur.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20

