Azərbaycanda səmti müəyyən etmə idman növünün perspektivləri müzakirə edilib
24.10.2012 [00:58]
Oktyabrın 22-də “Park İNN” mehmanxanasında “Azərbaycan Respublikasında səmti müəyyən etmə idman növünün hazırkı vəziyyəti və gələcək perspektivləri” mövzusunda konfrans keçirilib. Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının (ASMEİF) prezidenti Mirəli Kazımov mövzu ilə bağlı konfrans iştirakçılarına məlumat verərək son aylar ərzində keçirilmiş yarışlar haqqında danışıb. O qeyd edib ki, ASMEİF-in fəaliyyətinin canlandırılmasına və bu idman növü üzrə yarışlara təşkilati dəstəyi Vergilər Nazirliyi, konsultativ dəstəyi isə Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi verib.
Beynəlxalq Səmti Müəyyən Etmə İdman Federasiyasının (BSMEİF) beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Tatyana Kalendaroğlu ASMEİF-in fəaliyyətini yüksək qiymətləndirib. O, ASMEİF-in beynəlxalq federasiyanın üzvlüyünə qəbul olunduğunu bildirərək, BSMEİF və Türkiyə Səmti Müəyyən Etmə İdman Federasiyası prezidentlərinin təbrik məktublarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Gənclər və İdman Nazirliyinin idarə rəisi Mirkamil Rəhimov deyib ki, Azərbaycan BSMEİF-in sıralarına qoşulan 74-cü ölkədir. Daha bir ölkə beynəlxalq quruma qoşulduqdan sonra, BSMEİF idmanın bu növünün Olimpiya Oyunlarının proqramına salınmasını qarşısında məqsəd kimi qoyub.
Tədbirdə qeyd olunub ki, ölkəmizdə idmanın bütün növləri inkişafdadır. Hazırda respublikamızda 84 idman federasiyası fəaliyyət göstərir ki, bunlardan da 28-i olimpiya yönümlüdür.
Ukraynanın Azərbaycandakı səfiri, ASMEİF-in fəxri üzvü Aleksandr Mişenko ölkəmizdə idmana göstərilən dövlət qayğısının əhəmiyyətini yüksək qiymətləndirib və bu idman növü üzrə keçirilən turnirlərin yüksək səviyyədə təşkil olunduğunu bildirib. Səfir vurğulayıb ki, son yarışda 200-dən artıq idmançının iştirak etməsi Azərbaycanda idmanın bu növünə marağın böyük olduğunu göstərir.
Konfransda çıxış edən vergilər nazirinin müavini, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsində ölkəmizdə idmanın bütün növlərinin sürətli inkişaf mərhələsi yaşadığını, müəyyən dövrlərdə diqqətdən kənarda qalmış bir sıra idman növlərinə ikinci nəfəs verildiyini qeyd edərək, bütün bunların xalqımız, xüsusilə də gənclər arasında sağlam həyat tərzinin daha geniş yayılmasında, Azərbaycanın beynəlxalq aləmdə qabaqcıl bir idman ölkəsi kimi tanınmasında mühüm rol oynadığını bildirib. Müasir dövrdə uşaqdan böyüyə kimi əksər insanların vaxtının böyük bir hissəsini televizor ekranları və ya kompyuterlər qarşısında keçirdiyini vurğulayan natiq onları gələcəkdə hansı fəsadlar verəcəyi, heç kəsə bəlli olmayan bu məşğuliyyətdən heç olmasa müəyyən bir müddətə ayıraraq idman, xüsusilə də idmanın açıq havada keçirilən növlərindən olan velosiped sürməyə və səmti müəyyən etmə kimi növlərinə cəlb etməyin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu idman növləri kütləvi idman növləri hesab olunduğundan məktəblərdə, universitetlərdə onların təbliğinə xüsusi fikir verilməli, idmanla məşğul olanlara lazımi şərait yaradılmalı, bu işdə yalnız Gənclər və İdman Nazirliyi deyil, Təhsil Nazirliyi, Həmkərlar ittifaqları, digər dövlət qurumları və ictimai təşkilatlar da yaxından iştirak etməlidirlər.
Öz növbəsində Vergilər Nazirliyinin güləş, otüstü hokkey, velosiped idmanı və əlavə olaraq səmti müəyyən etmə idmanı federasiyalarına hamilik etdiyini konfrans iştirakçılarının diqqətinə çatdıran S.Ələkbərov bu işlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Konfransda səmti müəyyən etmə idman növünün inkişaf etdirilməsi və gələcəkdə görüləcək işlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, oktyabrın 19-21-i tarixlərində Nabranda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə Prezident Kuboku uğrunda yarış keçirilib. Yarış Azərbaycan tarixində ilk dəfə olaraq müasir kompüter sistemlərinin tətbiqi ilə, yəni hər iştirakçının məsafədə elektron qaydada qeydiyyatı vasitəsilə reallaşdırılıb. Prezident Kubokunun birinci günü kişilər arasında şəxsi hesabda uzaq məsafəyə qaçış üzrə Ukraynanın Azərbaycan Respublikasındakı səfiri Aleksandr Mişenko ən yüksək nəticə göstərib. Niyaməddin Əsədov gümüş, Anar Qasımovisə bürünc mükafata layiq görülüb. Qadınlar arasında uzaq məsafəyə qaçış üzrə Azərbaycan Çempionu Natalya Əliyeva olub, ikinci yeri Günel Quliyeva, üçüncü yeri isə Tatyana Qəniyeva tutub. Çempionatın ikinci günü kişilər arasında qısa məsafəyə qaçış üzrə yarışda yenə də səfir Aleksandr Mişenko birinci yerə çıxıb, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Vladimir Skvortsov və Niyaməddin Əsədov tutublar. Qadınlar arasında qısa məsafəyə qaçış üzrə ölkə çempionu Nadejda Lopatkina olub, ikinci yeri Yevgeniya Əliyeva (şəxsi hesab) tutub, bürünc medalın sahibi isə Tatyana Solovyova (şəxsi hesab) olub.
İkigünlük yarışların yekunları üzrə komanda hesabında Ümummilli lider Heydər Əliyev adına Prezident Kubokunun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2-ci komandası qazanıb. İkinci yeri Müdafiə Nazirliyinin 1-ci komandası, üçüncü yeri isə ASMEF-in komandası tutub.
Fərdi hesabda qaliblər və mükafatçılar Gənclər və İdman Nazirliyinin medalları və diplomları ilə təltif edilib, yarışların qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
ASMEF artıq gələn yarışların daimi elektron təminatı kateqoriyasına keçmək və 2013-cü ilin yazında Türkiyə, Rusiya, Ukrayna, Belarus və Gürcüstan komandalarının iştirakı ilə Azərbaycan ərazisində ilk dəfə olaraq beynəlxalq yarışlar keçirmək niyyətindədir. Bundan başqa, BSMEİF-nin dəstəyi ilə 2013-cü ilin payızından başlayaraq Azərbaycanda Xəzəryanı və Qara Dəniz ölkələrinin idmançılarının iştirak edəcəyi Heydər Əliyev adına Beynəlxalq Kubok uğrunda ənənvi yarışların keçirilməsi planlaşdırılır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53
Hadisə
22 Aprel 18:38
Müsahibə
22 Aprel 18:25
Dünya
22 Aprel 17:41
Gündəm
22 Aprel 17:37

