Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Paris-2024”: Bu gün Azərbaycanın üç idmançısı mübarizə aparacaq

“Paris-2024”: Bu gün Azərbaycanın üç idmançısı mübarizə aparacaq

04.08.2024 [09:44]

Bu gün Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

AZƏRTAC xəbər verir ki, Anna Skidan təsnifat mərhələsində çıxış edəcək. Qadın atlet çəkicatma üzrə yarışda qüvvəsini sınayacaq.

Ruslan Lunyov bu dəfə pnevmatik tapançadan 25 metr məsafəyə atəşaçma yarışında hədəfi dəqiq nişan almağa çalışacaq. O, 10 metr məsafəyə atəşaçmada 24-cü olmuşdu.

Bu gün, həmçinin boksçu Alfonso Dominqes (92 kiloqram) yarımfinal görüşünə çıxacaq. Finala gedən yolda onun rəqibi ispaniyalı Enmanuel Reyes Pla olacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu A.Dominqes isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.

Paylaş:
Baxılıb: 780 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30