Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan idmançıları V Dünya Köçəri Oyunlarının açılışında iştirak ediblər

Azərbaycan idmançıları V Dünya Köçəri Oyunlarının açılışında iştirak ediblər

08.09.2024 [20:35]

Astanada sentyabrın 8-də V Dünya Köçəri Oyunlarının təntənəli açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, mərasim "Astana Arena" stadionunda 3 min sənətçinin iştirakı ilə reallaşıb.

Əvvəlcə iştirakçı ölkələrin komandaları əlifba sırası ilə ayrı-ayrı qruplar şəklində təntənəli yürüş ediblər. Azərbaycan idmançıları da bu yürüşdə yer alıblar.

Yarışlarda Azərbaycan 8 növ üzrə 54 idmançı ilə təmsil olunur.

V Dünya Köçəri Oyunları sentyabrın 13-dək davam edəcək. Tədbirdə 89 ölkədən təxminən 2800 iştirakçının qatılması gözlənilir. Oyunlarda 21 idman növü üzrə 97 dəst medal uğrunda mübarizə aparılacaq.

Paylaş:
Baxılıb: 522 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30