Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın iki cüdoçusu dünya çempionatında medal görüşünə çıxacaq

Azərbaycanın iki cüdoçusu dünya çempionatında medal görüşünə çıxacaq

02.10.2024 [13:59]

Azərbaycanın iki cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən gənclər arasında dünya çempionatının ilk günündə bürünc medal görüşünə çıxacaq.

AZƏRTAC xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Nizami İmranov 3-cü yer uğrunda qarşılaşmada qazaxıstanlı Talqat Orunbassarı sınağa çəkəcək.

52 kiloqramda yer alan Aydan Vəliyeva isə koreyalı Mio Huhla üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər cüdoçuları Məhəmməd Musayev, İslam Rəhimov (hər ikisi 66 kiloqram), Xədicə Qədəşova (52 kiloqram) və Könül Əliyeva (48 kiloqram) isə yarışı medalsız başa vurublar.

Qeyd edək ki, Azərbaycanın 16 cüdoçu ilə təmsil olunduğu dünya çempionatı oktyabrın 6-da başa çatacaq.

Paylaş:
Baxılıb: 688 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

Analitik

Sosial

Sosial

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31