Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan Kuboku: “Qarabağ” və “Kəpəz” 1/4 final mərhələsinə yüksəlib

Azərbaycan Kuboku: “Qarabağ” və “Kəpəz” 1/4 final mərhələsinə yüksəlib

04.12.2024 [23:51]

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, eyni vaxtda start götürən matçlarda “Qəbələ” “Qarabağ”ı, “Kəpəz” “İmişli”ni qəbul edib. Hər iki qarşılaşma Premyer Liqa təmsilçilərinin qələbəsi ilə başa çatıb.

Ağdam klubu meydan sahiblərinin qapısından 2 cavabsız top keçirib. Hesabı 7-ci dəqiqədə Abdullah Zubir açıb. 90+1-ci dəqiqədə isə “Qəbələ”nin heyətində Murad Musayev avtoqol müəllifi olub.

“Kəpəz” isə çətinliklə mərhələ adlayıb. Matçın taleyini 1 qol həll edib. Kərim Lkuçanın 85-ci dəqiqədə penaltidən vurduğu qol Gəncə təmsilçisini 1/4 finala yüksəldib.

Növbəti mərhələdə “Qarabağ” “Səbail”lə, “Kəpəz” “Neftçi” – “Difai” cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunda 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30