Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Fernandu Santuş: İndi daha vacibi rəqibləri yaxından tanımaqdır

Fernandu Santuş: İndi daha vacibi rəqibləri yaxından tanımaqdır

13.12.2024 [22:52]

“Artıq püşk atılıb, heç nəyi dəyişmək mümkün deyil. İndi daha vacibi rəqibləri yaxından tanımaqdır”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması barədə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis püşkün nəticəsini şərh edib: “Fransa, yoxsa Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya seçmələridir. İndi ən önəmlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyunda rəsmi matçlarımızın olmaması yaxşı haldır. Qrup oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Həmin dönəmlərdə yoldaşlıq görüşləri keçirəcəyik ki, yığmamız sentyabrda başlayacaq seçmə mərhələ matçlarına hazır olsun”.

Qeyd edək ki, millimizin D qrupundakı rəqibləri UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi, həmçinin Ukrayna və İslandiya yığmalarıdır. Bu qrupda mübarizə 2025-ci ilin sentyabrında başlayacaq.

Paylaş:
Baxılıb: 651 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30