Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Fənərbağça”nın baş məşqçisi Mourinyo 3 oyunluq cəzalandırılıb

“Fənərbağça”nın baş məşqçisi Mourinyo 3 oyunluq cəzalandırılıb

06.04.2025 [14:53]

Türkiyə Futbol Federasiyası "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonu Türkiyə kubokunun 1/4 final matçı başa çatdıqdan sonra "Qalatasaray"ın baş məşqçisi Okan Burukun burnundan tutduğuna görə diskvalifikasiya edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Mourinyo təxminən 7,5 min dollar cərimə də ödəməli olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl “Qalatasaray” səfərdə “Fənərbağça”nı 2:1 hesabı ilə məğlub edib. Final fitindən sonra Mourinyo arxadan Buruka yaxınlaşıb və "Qalatasaray"ın baş məşqçisi arxaya dönəndə portuqaliyalı onun burnundan tutub. Türkiyəli mütəxəssis üzünü tutaraq otun üstünə yıxılıb.

62 yaşlı Mourinyo 2024-cü ilin iyunundan "Fənərbağça"ya rəhbərlik edir.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31