Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “Çempionların savaşı”: Şahmat üzrə hindistanlı dünya çempionu Bakıya gələ bilməyəcək

“Çempionların savaşı”: Şahmat üzrə hindistanlı dünya çempionu Bakıya gələ bilməyəcək

22.04.2025 [23:19]

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyi, Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Çempionların savaşı” turnirinin heyətində dəyişiklik baş verib.

AŞF-dən AZƏRTAC-a bildirilib ki, hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən, səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini bildirib. Bununla bağlı AŞF-yə müraciət edən V.Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini söyləyib.

Aprelin 28-30-da Azərbaycan Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

Qeyd edək ki, qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq. “Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.

Paylaş:
Baxılıb: 594 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30