Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

04.06.2025 [11:37]

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşəbbüsü əsasında dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

AKAF-dan AZƏRTAC-a bildirilib ki, tədbir iyunun 10-11-də Dənizkənarı Bulvar ərazisində təşkil olunacaq.

İyunun 10-da saat 10:00-dan 15:00-a qədər dövlət qurumlarının əməkdaşları avarçəkmə məşqləri keçəcəklər.

İyunun 11-də saat 11:00-dan 15:00-a qədər isə yarışlar gerçəkləşəcək. Turnir iştirakçıları 1 və 2 nəfərlik kayak qayıqlarında şəxsi və komanda birinciliyi şəklində olmaqla 200 metr məsafəyə mübarizə aparacaqlar.

Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində məqsəd ölkəmizdə avarçəkmə idman növünü təbliğ etmək, kütləviliyin təmini və populyarlığı artırmaqdır.

Paylaş:
Baxılıb: 549 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30