Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Çimərlik futbolu üzrə Azərbaycan çempionu bəlli olub

Çimərlik futbolu üzrə Azərbaycan çempionu bəlli olub

16.07.2025 [14:00]

Çimərlik futbolu üzrə Azərbaycan çempionatı başa çatıb.

AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, son turda “Marafon” üzərində 7:4 hesablı qələbə qazanan VTB ölkə çempionu olub. “Marafon” isə yarışı ikinci pillədə başa vurub. “Dirçəliş”i 5:4 hesabı ilə məğlub edən “Çinar Zəngilan” bürünc mükafat əldə edib.

On üç qola imza atan Elgün Abbaslı (“Çinar Zəngilan”) turnirin ən məhsuldar oyunçusuna verilən mükafata yiyələnib. Ən yaxşı qapıçı Elçin Qasımov (“VTB Bank”), ən yaxşı oyunçu isə Orxan Məmmədov (“Marafon”) seçilib.

Çempion komanda VTB Azərbaycanı “Euro Winners Cup”ın əsas mərhələsində təmsil edəcək. Gümüş mükafatçı “Marafon” isə bu yarışın pley-offu sayılan “Euro Challengers”ə qatılacaq.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30