Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / PSJ UEFA Superkubokunun sahibi olub

PSJ UEFA Superkubokunun sahibi olub

14.08.2025 [08:17]

UEFA Superkubokunun qalibi bəlli olub.

AZƏRTAC xəbər verir ki, titulun sahibi Fransanın PSJ və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilən oyundan sonra müəyyənləşib.

İtaliyanın Udine şəhərində yerləşən "Friuli" stadionunda təşkil olunan matçın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Penaltilər seriyasında 4:3 hesabı ilə qalib gələn PSJ Superkubokun qalibi adını qazanıb.

Matçı portuqaliyalı baş hakim Joau Pineyru idarə edib. Görüşün dördüncü hakimi isə azərbaycanlı FIFA referisi Elçin Məsiyev olub.

Qeyd edək ki, PSJ ötən mövsüm Çempionlar Liqasını, "Tottenhem" isə Avropa Liqasını qazanmışdı.

Paylaş:
Baxılıb: 541 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31