/ / Azərbaycan millisinin kapitanı: Ən böyük arzularımızdan biri Xankəndi stadionunda oyun keçirməkdir
Azərbaycan millisinin kapitanı: Ən böyük arzularımızdan biri Xankəndi stadionunda oyun keçirməkdir
22.08.2025 [20:19]
İlk öncə qeyd etmək istəyirəm ki, o yerlərdə olmaq bizi yalnız qürurlandırmadı, həm də kədərləndirdi. Çünki orada şəhidlərimizin izləri var. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Sevinc Cəfərzadə “Zəfər yolu” sosial layihəsi çərçivəsində işğaldan azad olunmuş torpaqlara səfər etmələri barədə danışarkən deyib.
Yığmanın hücumçusu səfər təəssüratlarını bölüşüb: “1-ci Qarabağ müharibəsində əsir düşmüş soydaşlarımızın çıxışlarına baxmışam. Onların danışdıqlarını eşitmiş, Qarabağda xalqımızın başına gətirilən dəhşətli hadisələri vətəndaş olaraq yaxından izləmişəm. Orada olduğum müddətdə gözümün önündə həmin anlar, eləcə də xüsusi təyinatlılarımızın Şuşanın azad edilməsi zamanı qayalara əlləri ilə dırmaşaraq döyüşmələri canlanırdı. Bu, çox əzəmətli və qürurverici hissdir. Füzuli və Ağdam rayonlarında erməni vandalizminin izləri açıq-aşkar görünür. Deyərdim ki, həmin torpaqların hətta ağacları da ermənilər tərəfindən talanıb. Bunu görmək hər birimizi dərindən üzür. Amma sevindirici haldır ki, Prezident İlham Əliyevin göstərişi ilə Qarabağda bərpa işləri gedir, oraya həyat qayıdır. Yeni salınan kəndləri, insanların qayıdışını görmək qürurvericidir. Orada həm də doğmalıq və mehribanlıq hiss etdim. Biz çox güclü və mərd xalqıq. İstənilən sahədə özümüzü sübut etmişik. Bəzən zaman tələb olunur, amma biz həmişə istəyimizə nail olmuşuq. Xalq olaraq ən böyük qələbəmiz isə Qarabağın işğaldan azad edilməsidir”.
O, milli komandanın yaxın zamanda Xankəndi şəhər stadionunda oyun keçirəcəyinə ümid etdiyini söyləyib: “Bu, bizim ən böyük arzularımızdandır. Ümid edirəm ki, səlahiyyətli qurumlar yığmanın oyunlarının Qarabağda – Xankəndidə keçirilməsi üçün dəstək göstərəcək. Sonda bizə bu qələbəni yaşadan, torpaqlarımızı geri qaytaran, sağlamlığını, qanını, canını bu yolda fəda edən hər kəsə minnətdarlığımı bildirirəm”.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25

