Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / El-Klasiko: “Real Madrid” “Barselona”nı məğlub edib

El-Klasiko: “Real Madrid” “Barselona”nı məğlub edib

26.10.2025 [21:42]

İspaniya La Liqasında mövsümün ilk El-Klasikosu keçirilib.

AZƏRTAC xəbər verir ki, X tur çərçivəsində oynanılan “Real Madrid” – “Barselona” matçı “Santyaqo Bernabeu”da baş tutub.

Görüş “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Madrid təmsilçisinin heyətində Kilian Mbappe və Cud Bellinqem fərqləniblər. Kataloniya klubunun yeganə qoluna Fermin Lopez imza atıb.

Matçın 52-ci dəqiqəsində Mbappe penaltini dəqiq yerinə yetirməyib.

Hazırda “Real Madrid” 27 xalla turnir cədvəlinə başçılıq edir. Qonaqlar isə 22 xalla 2-ci sıradadır.

Paylaş:
Baxılıb: 450 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Dünya

Dünya

İqtisadiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30