Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurublar

Azərbaycan boksçuları İslamiadanı 6 medalla başa vurublar

11.11.2025 [12:31]

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarında boksçuların mübarizəsinə yekun vurulub. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub.

AZƏRTAC xəbər verir ki, komandamızın heyətində Səidcəmşid Cəfərov (80 kq) çempion tituluna yiyələnib. O, bu gün keçirilən finalda Sultan Osmanlı (Türkiyə) ilə üz-üzə gəlib və rəqibini 4:1 (28:29, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə məğlub edərək, Ər-Riyadda Azərbaycan Himnini səsləndirib.

Nərgiz Zeynalova (54 kq) və Aynur Mikayılova (57 kq) İslamiadada ikinci yeri tutublar. Məhəmmədəli Qasımzadə (60 kq) finalda Madiyar Daniyarovla (Özbəkistan) döyüşməli olsa da, zədə səbəbindən rinqə çıxmayıb və gümüş medala yiyələnib.

Boksçularımız VI İslam Həmrəyliyi Oyunlarını 6 medalla başa vurublar. Komandamızın heyətində bir gün öncə Fatimə Mehdiyeva (65 kq) və Sərxan Əliyev (70 kq) bürünc mükafat qazanıblar.

Paylaş:
Baxılıb: 747 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30