Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan klublarının gəlirləri artıb

Azərbaycan klublarının gəlirləri artıb

17.12.2025 [15:22]

Azərbaycanın Premyer Liqa klublarının ötənilki maliyyə gəlirləri açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat AFFA-nın 2025/2026-cı illər mövsümü ilə bağlı klubların lisenziyalaşdırılması üzrə hesabatında verilib.

Hesabata əsasən, “Qarabağ” 2024-cü ildə Premyer Liqanın ən çox gəlir əldə edən klubu olub. Ağdam təmsilçisinin gəliri 30,8 milyon manatdan 34,7 milyon manata yüksəlib. “Neftçi” də gəlirlərini 20 milyon manatdan 28,6 milyon manata çatdırıb.

“Sabah” 2023-cü ildəki 22,8 milyon manatlıq göstəricini 2024-cü ildə 26,9 milyon manata yüksəldib. “Zirə”də isə cüzi artım olub. Komandanın gəliri 9,3 milyon manatdan 10,9 milyon manata qədər artıb.

“Sumqayıt”ın gəliri 6,1 milyon manatdan 9,1 milyon manata, “Araz-Naxçıvan”ın gəliri 2,8 milyon manatdan 6,2 milyon manata, “Turan Tovuz”un gəlirləri 5,1 milyon manatdan 6,1 milyon manata yüksəlib.

Bununla yanaşı, bəzi klubların gəlirlərində azalma qeydə alınıb. “Şamaxı”nın gəliri 5,5 milyon manatdan 3 milyon manata düşüb. “Səbail”in gəliri isə 9,2 milyon manatdan 7,7 milyon manata enib.

Ümumi olaraq, klubların gəlirlərində əvvəlki mövsümə nisbətən təxminən 19 faiz artım müşahidə olunub.

Paylaş:
Baxılıb: 835 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30