Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Xəzərdə Novruz coşğusu - skuterlərin və yelkənli qayıqların paradı FOTO

Xəzərdə Novruz coşğusu - skuterlərin və yelkənli qayıqların paradı FOTO

21.03.2026 [19:15]

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında martın 21-də Novruz bayramı şənliyi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Bakı bulvarında keçirilən tədbirdə əvvəlcə Azərbaycanın dövlət bayrağını daşıyan skuterlər Xəzər dənizində dövrə vurub. Sonra ardıcıl olaraq yelkənli qayıqların, kayak, kanoe, akademik avarçəkmə və draqon qayıqlarının sıra ilə keçidi baş tutub. Bulvar ərazisində isə yelkənli qayıq və avarçəkmə üçün xüsusi konsept trenajor alətlərində şəhər sakinlərinə özlərini sınamaq imkanı yaradılıb.

Tədbir zamanı uşaqlar üçün də əyləncəli viktorinalar və master-klasslar keçirilib. Uşaqlar, həmçinin Novruz bayramının ənənələrindən olan yumurta döyüşdürüb, şəkərbura bəzəyiblər. Musiqi proqramları zamanı paytaxt sakinləri və Bakının qonaqları rəqslərlə əsl bayram ab-havası yaradıblar. Novruz şənliyi sakinlər tərəfindən böyük sevinc və coşqu ilə qarşılanıb.

Qeyd edək ki, yelkənli qayıq idmanı Azərbaycan Su İdman Növləri Federasiyasının tərkibinə daxil edilib. Qısa zaman ərzində federasiya avarçəkmə və yelkənli qayıq idmanının birgə tədbirini təşkil edib. Tədbirin keçirilmə səbəblərindən biri də avarçəkmə və yelkənli qayıq idmanının təbliği, kütləviliyin artırılması, gənclərin və yeniyetmələrin bu idman növünə cəlb edilməsidir.

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30