/ / Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə mini-futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda beşinci illik turnir keçirilib
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə mini-futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda beşinci illik turnir keçirilib
27.05.2014 [09:27]
Moskvada, “Lujniki” idman kompleksinin Kiçik idman arenasında mini-futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda beşinci illik turnir keçirilib. Turnir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil edilib.
Bu il beşinci dəfə keçirilən yubiley turnirində 24 komanda, o cümlədən Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) yığma komandaları, “Qarabağ” komandası (Tofiq Bəhramovun xatirəsinə həsr edilmiş turnirin qalibi), Ümumrusiya Millətlərarası Gənclər İttifaqının, ÜAK-ın Moskva vilayət bölməsinin, RAGB-nin Kaluqa və Tuladakı regional bölmələrinin komandaları, habelə Moskva ali məktəblərində fəaliyyət göstərən Azərbaycan klublarının 17 komandası iştirak edirdi.
Turnirin təntənəli açılış mərasimində çıxış edənlər - Azərbaycanın Rusiyadakı səfirliyində humanitar məsələlər üzrə müşavir Nigar Axundova, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev və RAGB idarə heyətinin üzvü Emin Hacıyev turnir iştirakçılarını təbrik edib, uğurlar arzulayıblar.
Gənclər arasında belə bir turnirin keçirilməsi yaxşı bir ənənəyə çevrilib. 2009-cu ildən etibarən hər il keçirilən bu turnir Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr edilir.
Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası artıq beşinci dəfə turnirin qalibi və “Heydər Əliyev kuboku”nun sahibi olub. İkinci yeri “Bakı” komandası tutub. Azərbaycanın Rusiyadakı səfirliyinin komandası və Moskva Dövlət Hüquq Akademiyasının komandası yarımfinal oyunlarının yekunlarına əsasən bürünc medallara layiq görülüblər.
“Ən yaxşı qapıçı” nominasiyasında Cavid İbrahimov qalib gəlib. Murad Qarayev “Ən yaxşı hücumçu” hesab edilib, Anar Kərimov isə “Ən yaxşı oyunçu” adına layiq görülüb.
Turnirin matçlarını Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, habelə Ümumrusiya Azərbaycanlılar Konqresinin təmsilçiləri izləyiblər.
Xəbər lenti
Hamısına baxSosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32

