Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqası yarışlarında növbəti qələbəsini qazanıb

Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqası yarışlarında növbəti qələbəsini qazanıb

31.07.2014 [09:00]

İyulun 30-da futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” komandası ilk oyununu keçirib.
AzərTAc xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Avstriyanın “Zaltsburq” komandası ilə qarşılaşıb.
“Qarabağ”ın heyətində meydana İbrahim Sehiç, Qara Qarayev, Maksim Medvedev, Reynaldo, Danilo Diaz, Rişard Almediya, Admir Teli, Ansi Aqolli, Leroy Georq, Bədəvi Hüseynov və Cumbiniyo çıxıb.
“Zaltsburq”un heyətində Peter Qulaçsi, Andre Ramalho, Kristian Şvelger, Marsel Sabizter, Nabi Keyta, Sadio Mane, Andres Ulmer, Kristof Leitgeb, Conatan Soriano, Martin Hinteregger və Kevin Kampl yer alıb.
Ukraynalı baş hakim Serhiy Boikonun idarə etdiyi görüşün 2-ci dəqiqəsində “Qarabağ” futbolçusu Danilo Diaz hesabı açıb.
Görüşün 34-cü dəqiqəsində kobud oyuna görə, “Zaltsburq”un futbolçusu Kristian Şvelger qırmızı vərəqə alaraq oyundan kənarlaşdırılıb. Səkkiz dəqiqə sonra qırmızı vərəqə “Qarabağ”ın kapitanı Admir Teliyə göstərilib.
Matçın 77-ci dəqiqəsində Avstriya klubunun futbolçusu Conatan Soriano hesabı bərabərləşdirib. Görüşün 86-cı dəqiqəsində Reynaldo “Qarabağ”ı hesabda önə çıxarıb. Bir dəqiqə sonra kobud oyuna görə, Reynaldo qırmızı vərəqə alıb.
Azlıqda qalmasına baxmayaraq Ağdam təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
Komandalar arasında cavab oyunu bir həftə sonra Avstriyada keçiriləcək.
Turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “Qarabağ” öncəki turda Maltanın “Valetta” komandasını yarışdan kənarlaşdırıb.

Paylaş:
Baxılıb: 1469 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30