Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycan “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası”nı imzalayan ilk ölkə olub

Azərbaycan “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiyası”nı imzalayan ilk ölkə olub

20.09.2014 [10:15]

Sentyabrın 17-də İsveçrənin Makolin şəhərində işə başlayan Avropa Şurasına üzv dövlətlərin idman nazirlərinin 13-cü konfransı yekunlaşıb. Azərbaycanı bu konfransda gənclər və idman naziri Azad Rəhimov təmsil edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, konfrans Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə oktyabrın 31-dək davam edəcək sədrliyi müddətində keçirildiyindən A.Rəhimov tədbirin açılış sessiyasında qurumun sədri qismində çıxış edib.
Nazir ölkəmizin bir sıra mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyindən və 2015-ci ildə ilk dəfə olaraq Bakıda keçiriləcək Avropa oyunlarında tamaşaçı zorakılığının qarşısının alınması ilə bağlı görülən işlərdən danışıb, idmanda korrupsiya hallarının qarşısının alınmasının vacibliyini qeyd edib və Azərbaycanın daim bu sahədə Avropa Şurası ilə əməkdaşlığını diqqətə çatdırıb.
Konfransda “İdmanın idarə olunmasında korrupsiya”, “Avropa Şurası ilə Avropa İttifaqı arasında əməkdaşlıq”, “2015-ci il Dünya Antidopinq Kodeksinin həyata keçirilməsində hökumətlərin rolu”, “Tamaşaçı zorakılığına dair 1985-ci il Avropa Konvensiyasının icmalı” adlı qətnamələr qəbul olunub.
Tədbirdə, həmçinin “İdman yarışlarının manipulyasiyasına dair Avropa Konvensiya”sı imzalanmağa açıq elan edilib. Azərbaycan konfransda iştirak edən ölkələr arasında konvensiyanı imzalayan ilk ölkə olub. İmzalanma mərasimində Avropa Şurasının baş katibi Torbörn Yaqland da iştirak edib.

Paylaş:
Baxılıb: 1393 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30