Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Fikrət Sideifzadə: Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunun növbəti təsdiqidir

Fikrət Sideifzadə: Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın idman ölkəsi olduğunun növbəti təsdiqidir

15.05.2015 [09:57]

“Azərbaycan birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək”. Bunu qəzetimizə açıqlamasında Azərbaycanın şahmat yığmasının baş məşqçisi Fikrət Sideifzadə deyib.
Onun sözlərinə görə, birinci Avropa Oyunları Azərbaycanda idmanın və turizmin inkişafına daha da müsbət təsir göstərəcək. Fikrət Sideifzadə əlavə edib ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanda idmana göstərilən diqqət və qayğının bariz nümunəsi, həmçinin, Azərbaycanın idman ölkəsi olduğunun növbəti təsdiqidir: “Ölkəmizdə idman infrastrukturunun yenidən qurulması, yeni-yeni idman obyektlərinin, Olimpiya idman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yarandığını deməyə əsas verir. Ölkəmizin bütün bölgələrində hazırda müasir səviyyəli idman infrastrukturu formalaşdırılır. Bu idman infrastrukturunun Oyunlardan sonra da ölkəmiz üçün qalacağını düşünəndə, işlərin yalnız Azərbaycan xalqının rifahına xidmət etdiyini söyləmək olar”.

Paylaş:
Baxılıb: 2100 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30