“Bakı-2015”in çempion iştirakçıları”
26.05.2015 [10:08]
Cari ilin iyun ayında ölkəmizdə keçiriləcək “Bakı-2015” ilk Avropa Oyunları ölkəmizin və Avropanın idman tarixində mühüm hadisə olacaq. 12-28 iyun tarixləri arasında baş tutacaq Oyunlarda 49 ölkədən 6000-dən çox idmançının yarışacağı gözlənilir. Oyunların proqramına 28 yay olimpiya idman növündən 15-i, həmçinin, 2 qeyri-olimpiya idman növü daxildir. Oyunlarda iştirak edən idmançıların siyahısına nəzər saldıqda görünür ki, ilk Avropa Oyunları “qoca qitə” üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki burada Dünya, Avropa və Olimpiya çempionları iştirak edəcəklər.
“Yeni Azərbaycan” qəzeti olaraq oxucuları ilk Avropa Oyunlarında iştirak edəcək dünyaca məşhur idmançıların bir qismi ilə tanış edəcəyik. Beləliklə, “Bakı-2015”in çempion iştirakçıları” rubrikamıza start veririk.
“Bakı-2015” ilk Avropa Oyunlarında iştirak edəcək idmançılardan biri Nikola Adamsdır. Boks üzrə çoxsaylı nailiyyətlərə imza atan N.Adams Böyük Britaniya idmançıları sırasında ilk Avropa Oyunlarında qüvvəsini sınayacaq. 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Nikola 2011 və 2013-cü illərdə Avropa çempionatında da qızıl medal qazanaraq ən yüksək kürsüdə yer alıb.
Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarında iştirak edəcək dünyaca məşhur idmançılardan biri də taekvando üzrə idman ustası Ceyd Consdur (Jade Jones). Böyük Britaniyanı təmsil edəcək bu idmançı da çoxsaylı nailiyyətlərin altına imzasını atıb. Xüsusilə də, 2012-ci ildə Londonda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanaraq karyerasına çox mühüm uğur əlavə edib. 2010-cu ildə Sinqapurda keçirilən Gənclər arasında Olimpiya Oyunlarında qızıl medal qazanan C. Cons Çin, Böyük Britaniya və Rusiyada taekvando üzrə keçirilən mötəbər müsabiqələrdə əhəmiyyətli nəticələr əldə edib, eyni zamanda, Böyük Britaniyada müxtəlif titullarla təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

