Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Yusif Babanlı: İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun əyani göstəricisidir

Yusif Babanlı: İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun əyani göstəricisidir

11.06.2015 [09:34]

“Yalnız bizim ölkəmiz 2 il yarıma ilk Avropa Oyunları kimi məsuliyyətli yarışa hazır ola bilərdi”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı deyib.
O, Azərbaycanın bütün sahələrdə olduğu kimi, idman sahəsində də öz sözünü demiş, özünü təsdiqləmiş bir ölkə olduğunu bildirib: “Bu Oyunların ilk olaraq, məhz Azərbaycanda keçirilməsi bizim uğurumuz, ölkəmizin nüfuzunun əyani göstəricisidir. Bu yarışlar Azərbaycanın qüdrətini nümayiş etdirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə bir mötəbər yarışların ölkəmizdə keçirilməsi əlbəttə ki, Prezident İlham Əliyevin fəaliyyəti sayəsində mümkün olmuşdur. Məhz Onun göstərişi və tapşırığı əsasında, həmçinin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi ilk Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində ölkəmizdə bu Oyunlara yüksək səviyyədə hazırlıq işləri həyata keçirilmişdir. Bu da sözsüz ki, idmanımıza və idmançılarımıza, eləcə də, gəncliyimizə göstərilən diqqət və qayğının bariz nümunəsidir”.
Yusif Babanlı idmançılarımızın ilk Avropa Oyunlarında ən yüksək səviyyədə iştirak edərək medallar və nailiyyətlər əldə edəcəyinə inandığını da bildirib: “İdmançılarımızın istər Avropa, istər Dünya, istərsə də beynəlxalq çempionatlarda əldə etdiyi nailiyyətlər bizə onların bu yarışlarda da parlaq qələbələr əldə edəcəyini deməyə əsas verir. Mən əminəm ki, onlar ilk Avropa Oyunlarında da ölkəmizi ən yüksək səviyyədə təmsil edəcəklər. Ümumiyyətlə, biz Azərbaycan idmançılarına çox güvənirik. Yəni, bu yarışlarda da onların ən yüksək səviyyədə iştirak edəcəyinə inanırıq və onlardan yeni-yeni qələbələr gözləyirik”.

 
Paylaş:
Baxılıb: 1173 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30