/ / “İFAM ON THE STAGE” layihəsinin xüsusi qonağı Avropa Oyunlarında ilk çempionumuz Firdovsi Fərzəliyev oldu
“İFAM ON THE STAGE” layihəsinin xüsusi qonağı Avropa Oyunlarında ilk çempionumuz Firdovsi Fərzəliyev oldu
19.06.2015 [09:46]
“Bakı-2015” birinci Avropa Oyunlarına dəstək məqsədi daşıyan “İFAM ON THE STAGE” layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, iyunun 18-də layihənin xüsusi qonağı birinci Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandıran karateçi Firdovsi Fərzəliyev olub. Layihə çərçivəsində Bakının Fəvvarələr Meydanında quraşdırılmış səhnəyə çıxan karateçi möhtəşəm idman tədbirində iştirak etməkdən qürur duyduğunu bildirib. İdmançımız paytaxtımızın sakinləri ilə birgə Azərbaycanın Dövlət himnini oxuyub. Sonra birlikdə selfi çəkdirilib.
Jurnalistlərə müsahibə verən Firdovsi Fərzəliyev qələbə qazandığı anları xatırlayaraq deyib: “Sevincimin həddi-hüdudu yox idi. Yarış anlarında təkcə mənim deyil, komandamızın keçirdiyi əziyyətlər gözlərimin qarşısında canlanırdı. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Şübhəsiz ki, hər idmançıya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən medalın təqdim edilməsi qismət olmur. Lakin bu, mənə nəsib oldu. Buna görə özümü xoşbəxtəm hesab edirəm”.
“İFAM ON THE STAGE” Azərbaycan dilində “mənim ifam”, ingilis dilində isə “if i am on the stage”, yəni “əgər mən səhnədə olsaydım” mənasını verir. Bu səhnə “Bakı-2015” ilk Avropa Oyunlarını dəstəkləyən peşəkar ifaçılarla yanaşı, həvəskarlara da insanlar qarşısında ifa etmək imkanı yaradır. Səhnədə müxtəlif dillərdə pop, rok, rep, eləcə də xalq mahnılarını oxumaq olar. Rəqs qabiliyyətinə malik şəxslər isə yerli və xarici rəqs nömrələrini nümayiş etdirə, tamaşaçıların alqışlarını qazana bilərlər. Paytaxtımızın sakinləri ilə yanaşı, qonaqlarına da öz məharətlərini göstərmək imkanı yaradılır.
İfaçılar “İFAM” səhnəsinə çıxmaq üçün əvvəlcədən müraciət edərək qeydiyyatdan keçirlər. Daha sonra onlar mikrofon qarşısına keçərək öz bacarıqlarını nümayiş etdirirlər. Səhnə, həmçinin izləyicilər üçün müsbət əhvali-ruhiyyə vəd edir. Peşəkar aparıcının maraqlı müsabiqələrinin iştirakçısı olmaq, Avropa Oyunları ilə bağlı ən son yeniliklərdən xəbər tutmaq, DJ tərəfindən təqdim edilən rəngarəng musiqi nömrələrindən zövq almaq üçün səhnənin yaxınlığında olmaq kifayətdir.
“İFAM” xalq səhnəsi Avropa Oyunları başa çatana qədər hər gün saat 17-dən 21-dək mahnı oxumaq, rəqs etmək, şeir demək qabiliyyətinə malik, eləcə də asudə vaxtını səmərəli keçirmək istəyən hər kəsə açıqdır.
Xəbər lenti
Hamısına baxAnalitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30

