Hər gün bir tarix, hər gün bir zəfər
21.06.2015 [13:53]
İyunun 19-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) birinci Avropa Oyunlarının yeddinci günündə medal qazanan idmançılarımızla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə qaliblər və onların ailə üzvləri, dostları, idman mütəxəssisləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Medal qazanan atletlərimiz tədbir iştirakçılarına təqdim olunub və onların qələbə anlarını əks etdirən kadrlar nümayiş etdirilib.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, birinci Avropa Oyunlarının yeddinci günü də atletlərimiz üçün uğurlu olub. İdmançılarımız uğurla çıxış edərək Azərbaycana qələbə sevinci yaşadıblar. Yığmamız komanda hesabında yalnız Rusiyadan geri qalır.
Ç.Hüseynzadə atletlərimizi qələbə münasibətilə təbrik edərək Azərbaycan xalqının ümidlərini doğrultduqlarına, idmansevərlərə qələbə sevinci yaşatdıqlarına görə onlara təşəkkürünü bildirib.
Qalibləri təbrik edən gənclər və idman naziri Azad Rəhimov atletlərimizin sonrakı günlərdə də ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliyini vurğulayıb. O, medalçıların valideynlərinə və məşqçilərinə təşəkkür edib. Diqqətə çatdırıb ki, medal qazanan idmançılarımızın valideynləri Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın tapşırığı ilə “Bakı-2015”-in bağlanış mərasiminə dəvət olunurlar.
Sonra Azərbaycana medal qazandıran idmançılara MOK-un hədiyyələri təqdim olunub.
“Bakı-2015” birinci Avropa Oyunlarının taekvondo yarışlarında 81 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan idmançısı Milad Beiqi Harçeqani deyib: “Mən qələbə əldə edəcəyimə dair verdiyim sözümün üstündə durdum və Azərbaycana qızıl medal qazandırdım. Azarkeşlərin dəstəyi mənə güc verdi və qələbəyə olan inamımı artırdı”.
O, idmana və idmançılara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
MOK-un iyunun 14-dən start verdiyi “Zəfər günləri” adlı xüsusi tədbir ayın 29-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

