Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Azərbaycanın gənc güləşçisi Avropa çempionatında ermənistanlı rəqibinə qalib gələrək bürünc medal qazanıb

Azərbaycanın gənc güləşçisi Avropa çempionatında ermənistanlı rəqibinə qalib gələrək bürünc medal qazanıb

25.06.2015 [09:47]

İstanbulda gənclər arasında güləş üzrə Avropa çempionatı keçirilir.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk günündə sərbəst güləş üzrə 50, 60, 74 və 96 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurublar.
Yarışda Murad Süleymanov (74 kq) ardıcıl olaraq Moldova və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Yarımfinalda Rusiyalı rəqibinə məğlub olan M.Süleymanov bürünc medal uğrunda görüşə çıxıb. Həlledici görüşdə Ermənistan idmançısını üstələyən Murad Süleymanov Avropa çempionatının bürünc medalına sahib olub.
Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Vurğun Əliyev ilk görüşündə Polşa təmsilçisindən üstün olsa da, rusiyalı rəqibinə məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizə təsəlliverici görüşə qatılmaq şansı verib. V.Əliyev Makedoniya idmançısına qalib gəlməklə bürünc medal uğrunda həlledici görüşə haqq qazanıb. Belarus idmançısı üzərində tam üstünlüklə qələbə güləşçimizə bürünc medal qazandırıb.

 
Paylaş:
Baxılıb: 1200 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30