Bakıdakı Azarkeşlər Evində ən balaca idman həvəskarları üçün təhsil proqramına start verilib
26.06.2015 [10:19]
Birinci Avropa Oyunları dövründə Bakıda açılmış Azarkeşlər Evində uşaqlar üçün xüsusi təhsil proqramına start verilib. Burada məxsusi olaraq internat-məktəblərdə, uşaq evlərində və hətta uşaq bağçalarında tərbiyə alan balaca azarkeşlər üçün bu Evin ekspozisiyası üzrə ekskursiyalar keçirilir. Uşaqlar burada idman haqqında, Bakıda keçirilən birinci Avropa Oyunları haqqında çoxlu yeni və faydalı məlumat əldə edə biləcəklər. Balaca azarkeşlərin hər birinə Oyunlara həsr edilmiş ən yaxşı rəsm və applikasiya müsabiqəsində iştirak etmək və əlbəttə, şirniyyata qonaq olmaq imkanı verilir.
Azarkeşlər Evinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, burada uşaqlar üçün hazırlanmış proqramın ilk iştirakçıları 3 nömrəli Uşaq Evində tərbiyə alan balacalar olub. Azarkeşlər evində çalışan volonterlər uşaqlara yay idman növləri barədə həvəslə məlumat verib, müxtəlif idman avadanlıqlarını nümayiş etdirib, balacaları Oyunlarda iştirak edən idmançılarla tanış ediblər. Uşaqlar Olimpiya Oyunlarının bürünc mükafatçısı Andrey Kirilenkonun basketbol topu və ikiqat Olimpiya çempionu Yevgeniya Kanayevanın gimnastika gürzləri ilə həvəslə oynayıb, ikiqat Olimpiya çempionu Tatyana Loqunovanın qılıncoynatma maskasını üzlərinə taxıb, hətta əsl idman kamanının tətiyini çəkməyi sınaqdan keçiriblər. Balaca idman həvəskarlarını ən çox sevindirən isə əlbəttə, yarışların keçirildiyi traslara peşəkar idmançıların gözü ilə baxmağa imkan verən üçölçülü 3D eynəkləri olub.
Qrup rəhbəri Valeriya Rəhimova ekspozisiyaya baxandan sonra deyib: “Bu, çox faydalı və maraqlı ekspozisiyadır. Burada bütün eksponatlara əl ilə toxunmaq, onları əldə tutmaq, oynatmaq mümkündür. Hesab edirəm ki, Azarkeşlər Evinə gəlmək balacalarda idmana maraq oyadacaq və lap erkən yaşdan onların idman baxımından inkişafına kömək edəcək”.
Balaca qonaqların hər biri Azarkeşlər Evini tərk edərkən onlara hədiyyə kimi akvaqrim dəsti, üzərində Azarkeşlər Evinin emblemi, “Bizimkilərə azarkeşlik edirik!” devizi olan nişanlar və yapışdırma şəkillər hədiyyə edilir.
Təhsil proqramı çərçivəsində indiyə qədər Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin uşaqlardan ibarət qrupları, habelə dəfələrlə bədii gimnastika üzrə beynəlxalq turnirlərin mükafatçısı olmuş Zeynəb Cavadlının yetirmələri olan gənc gimnast qızlar artıq Azarkeşlər Evində olublar.
Qrup halında ekskursiyalar təşkil etmək üçün Anna Kojuşnerə müraciət edə bilərsiniz. Əlaqə telefonu: +994 516 112 932, elektron poçt: pressdombaku@gmail.com.
Xatırladaq ki, Bakıdakı Azarkeşlər Evi birinci Avropa Oyunlarında Rusiya Olimpiya Komitəsinin layihəsidir. Azarkeşlər Evinə gələnlər Rusiyanın və Azərbaycanın birgə idman tarixi, Oyunlarda çıxış edən idmançılar və yay idman növləri barədə çox maraqlı yeniliklərlə tanış ola bilərlər.
Azarkeşlər Evinin nadir ekspozisiyasına tarixi eksponatlarla yanaşı müasir idman geyimi və idman avadanlıqları da daxildir. Buraya gələnlər həmin eksponatlara əl ilə toxunmaq və maraqlı fotoşəkillər çəkmək imkanına malikdir.
Azarkeşlər Evinə gələn hər kəs “Azarkeşin soraq kitabı”nı, suvenirlər və əlbəttə, bayraqlar ala bilər.
Azarkeşlər Evinin qapıları buraya gəlmək istəyən hər kəs üçün 2015-ci il iyunun 12-dən 28-dək səhər saat 10-dan axşam saat 21-dək açıqdır. Ünvan: Xocalı prospekti, ev 20 (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin binası). Giriş sərbəstdir.
Xəbər lenti
Hamısına baxİdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26

