Dünya şöhrətli qolfçu Dreamlanda gəlir
02.10.2015 [10:20]
Qolf üzrə dünya rekordlarını yeniləmiş məşhur qolfçu Kolin Montqomerinin Azərbaycana gəlişinə artıq sayılı saatlar qalıb. Məlumat üçün bildirək ki, Dreamland Country & Life-ın tərkibinə daxil olan Dreamland Qolf Klubun dəvəti ilə 3 və 4 oktyabr tarixlərində Azərbaycana gələcək Kolin Montqomerin son iyirmi ildə Avropanın qolf üzrə lideri olaraq tanınır. Avropa turniri və Böyüklər arasında keçirilən turnirdə üç il ardıcıl şəkildə qalibiyyət əldə edən ilk qolfçu olaraq adını tarixə yazıb. Kolin Montqomerin 8 dəfə Ryder Cup turniri də daxil olmaqla dəfələrlə çoxsaylı turnirlərin qalibi olub, hazırda Böyük Britaniyada ən tanınmış və sevilən idmançılardan biridir. Uzun illərdir qolf aləmində yaxşı tanınan Merit Siyahısına liderlik edir.
Yeri gəlmişkən, Dreamland Qolf Klubu 65 hektarlıq ərazini əhatə edir. 18 dəlikdən ibarət olan misilsiz mənzərəli qolf sahəsi beynəlxalq turnirlərə ev sahibliyi edə biləcək imkanlara malikdir. Qolf klubun tərkibinə həm də ikimərtəbəli, 40 nəfərin eyni zamanda təlim keçə biləcəyi Qolf Akademiyası da daxildir. Azərbaycanda qolfun inkişafına böyük dəstək verməyi məqsəd olaraq seçən Dreamland Qolf Klubu artıq qadınlar və uşaqlara təlimlər keçməklə bu möhtəşəm idmanın ölkəmizdə təbliğinə başlayıb. Bu möhtəşəm açılış mərasiminin Azərbaycanın bölgədəki nüfuzuna və turizmin inkişafına töhfə verəcəyi də gözlənilir.
Azərbaycana gəlişindən əvvəl Kolin Montqomerin artıq mesajını belə verib: “Artıq dünya səviyyəli qolf təsisi kimi tanınmağa başlayan Dreamland Qolf Klubun açılışının bir parçası olmaq mənə zövq verir. Azərbaycandakı gənc qolfçularla görüşü səbirsizliklə gözləyirəm. İnanıram ki, buradakı ilk qolf dərslərimiz Azərbaycanda qolfun gələcəyinə müsbət təsir göstərəcəkdi”.
Kolin Montqomerin ilə birlikdə Azərbaycana dünya üzrə çox tanınmış şəxslər də gələcəklər, bunların arasında tanınmış qolf sahəsi memarı Cyntia Dye, dünyanın ən nüfuzlu qolf idarəetmə şirkəti İMG üzvləri də var.
Qeyd edək ki, Dreamland Country & Life Abşeron yarımadası, Zığ şosesinin 22-ci kilometrində 330 hektarlıq geniş ərazini əhatə edir. Şəhər üslublu həyat tərzinin üstünlükləri və şəhərdən kənar həyatın xüsusiyyətlərini birləşdirən layihəyə yaşayış sahəsi, 18 dəlikli qolf meydançası, Qolf Akademiyası, qolf təlim sahəsi, Sabis Sun Beynəlxalq Məktəb, ticarət mərkəzləri, hotel, spa və sağlamlıq mərkəzləri, kafe və restoranlar daxildir. Dreamland ərazisinin xeyli hissəsi ekzotik flora ilə örtülmüş, toplam 12 min kvadratmetrlik ərazidə isə göllər mövcuddur. Layihənin ilk mərhələsi üzrə tikinti işləri başa çatmaq üzrədir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11
İqtisadiyyat
06 Avqust 16:07
Dünya
06 Avqust 16:05
İdman
06 Avqust 15:54
Dünya
06 Avqust 15:26
Dünya
06 Avqust 15:23
Sosial
06 Avqust 14:55
Sosial
06 Avqust 14:41
İdman
06 Avqust 14:39
İqtisadiyyat
06 Avqust 14:36
Dünya
06 Avqust 14:34
İqtisadiyyat
06 Avqust 14:29
Dünya
06 Avqust 14:18
İqtisadiyyat
06 Avqust 13:46
Dünya
06 Avqust 13:42
Mədəniyyət
06 Avqust 13:38
Elm
06 Avqust 13:17
İqtisadiyyat
06 Avqust 13:05
Elm
06 Avqust 12:43
Elm
06 Avqust 12:20
Gündəm
06 Avqust 11:50
Müsahibə
06 Avqust 11:32
Gündəm
06 Avqust 11:28
Siyasət
06 Avqust 11:25
Analitik
06 Avqust 11:13
Siyasət
06 Avqust 10:48
Gündəm
06 Avqust 10:30
Analitik
06 Avqust 10:14
Analitik
06 Avqust 09:55
Siyasət
06 Avqust 09:53
Analitik
06 Avqust 09:40
Ədəbiyyat
06 Avqust 09:20
MEDİA
06 Avqust 09:05
Siyasət
06 Avqust 08:14
Dünya
05 Avqust 23:51
Dünya
05 Avqust 23:15
Dünya
05 Avqust 22:58
Dünya
05 Avqust 22:36
YAP xəbərləri
05 Avqust 22:23
İdman
05 Avqust 22:19
Dünya
05 Avqust 21:57
İqtisadiyyat
05 Avqust 21:37
Dünya
05 Avqust 21:28
Elm
05 Avqust 21:22
İqtisadiyyat
05 Avqust 20:50
Dünya
05 Avqust 20:47
Dünya
05 Avqust 20:15
Dünya
05 Avqust 19:50
İqtisadiyyat
05 Avqust 19:29
Dünya
05 Avqust 19:15
Dünya
05 Avqust 18:53
Turizm
05 Avqust 18:49
İqtisadiyyat
05 Avqust 18:48
Sosial
05 Avqust 18:45
Mədəniyyət
05 Avqust 18:33
Dünya
05 Avqust 18:20
Dünya
05 Avqust 18:11
Dünya
05 Avqust 17:49
İqtisadiyyat
05 Avqust 17:28

