Premyer Liqada derbilər turu
18.04.2009 [14:46]
Bu gün startı veriləcək Azərbaycan Premyer Liqasının XXII turu bir sıra maraqlı görüşlərlə əlamətdar olacaq. çempionatın lideri olan “İnter” “Neftçi”ni qəbul edəcək. Son Azərbaycan çempionunun çətin oyunları da məhz bununla başlayır. “Neftçi” üçün qarşılaşma turnir cədvəli baxımdan mühüm əhəmiyyət daşımasa da, hər halda, “Xəzər-Lənkəran” üzərində qazandığı qələbə ilə (2:1) imicini qorudu. Bu mənada “İnter”lə görüşdə də flaqmanın nəticəyə oynayacağı şübhə doğurmur. üstəlik, paytaxt təmsilçiləri arasındakı oyunlar da prinsipial əhəmiyyət daşıyıb, həmişə gərgin və maraqlı mübarizə şəraitində keçib.
“Neftçi” ilk dövrədə məhz “İnter”ə məğlubiyyətdən (1:3) sonra heyətlə bağlı ciddi islahatlar apardı. Zirvədən gözünü çəkməyərək, “İnter”in büdrəməsini gözləyən “Bakı”nın da bu turda işi asan olmayacaq. Makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin komandasını Lənkəranda çətin sınaq gözləyir. Düzdür, “Bakı” bir ay öncə ölkə kubokunda “Xəzər-Lənkəran”ı məğlub edə və iki oyunun nəticəsinə görə rəqibini mübarizədən kənarlaşdıra bildi. Bu baxımdan bakılılar ilk növbədə psixoloji baxımdan üstün durumdadır. Ancaq, təbii ki, “Xəzər-Lənkəran” da qisas almaq üçün alışıb yanır. İqor Ponomaryovun komandası “Neftçi”yə uduzmaqla, çempionluq yolunda böyük zərbə alsa da, qızıl medallara şansı nəzəri cəhətdən qalıb. Bu mənada cənublular evdə “Bakı”, gələn həftə isə “İnter”lə səfər oyununda maksimum nəticə göstərəcəyi halda, həm çempionluq şansını saxlayacaq, həm də mübarizəyə əlavə rəng qatacaq. Bu turda mükafatlarla yanaşı, Premyer Liqada qalmaq uğrunda mübarizə baxımından da vacib oyun olacaq. Təbii ki, söhbət “Bakılı” - “Turan” görüşündən gedir. Turun təqvimi belədir:
18 aprel
16:00. “Olimpik” - “Simurq”
Bakı. “Şəfa” stadionu
16:00. “Qarabağ” - MOİK
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
16:00. “Qəbələ” - “Standard”
Qəbələ. Şəhər stadionu
18:00. “Xəzər-Lənkəran” - “Bakı”
Lənkəran. Mərkəzi şəhər stadionu
19 aprel
16:00. “İnter” - “Neftçi”
Bakı. “Şəfa” stadionu
16:00. “Bakılı” - “Turan”
Bakı. Zabrat qəsəbə stadionu
16:00. “Karvan” - “Muğan”
Yevlax. Şəhər stadionu
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42

