Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / “İdman” qəzetinin “Rio-2016”ya həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb

“İdman” qəzetinin “Rio-2016”ya həsr olunmuş xüsusi buraxılışı çapdan çıxıb

01.11.2016 [09:25]

“İdman” qəzetinin Azərbaycan yığma komandasının avqustda Rio-de-Janeyroda keçirilmiş XXXI Yay Olimpiya Oyunlarındakı uğurlarına həsr edilmiş xüsusi nömrəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan idmançıları XXXI Yay Olimpiya Oyunlarında” adlanan xüsusi nömrə Azərbaycan və ingilis dillərində hazırlanıb.
Nəfis tərtibatda çap edilən 116 səhifəlik jurnalda Azərbaycan Prezidentinin Olimpiya komandamızın üzvlərinin orden, medal və fəxri adlarla təltif olunmasına dair sərəncamları, dövlətimizin başçısının Olimpiya yığmamızla görüşləri, Rio Olimpiadasında atletlərimizin uğurları əksini tapıb. Bundan başqa, nəşrdə Rio-de-Janeyroda Azərbaycan bayrağının qaldırılması, XXXI Yay Olimpiya Oyunlarının açılışı və bağlanış mərasimləri, medal qazanan ölkələrin siyahısı, mükafatçılar sırasında yer alan idmançılarımızın hər birinin nəticələrinin təhlili də yer alıb.
Olimpiya mükafatçısı olan 18 idmançımızın hamısının öz uğurları haqda fikirlərinin də dərc edildiyi jurnalda Azərbaycan yığma komandasının bir sıra statistik göstəriciləri də infoqrafika formasında təqdim olunub.

Paylaş:
Baxılıb: 1266 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Sosial

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30