UNESCO-da “Bakı-2017” IV islam Həmrəyliyi Oyunlarının təqdimatı keçirilib
01.04.2017 [09:07]
Parisdə UNESCO-nun bədən tərbiyəsi və idman üzrə hökumətlərarası komitəsinin növbədənkənar sessiyası çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təqdimatı keçirilib.
Sessiyada Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov katibliyə mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları haqqında məlumat verib. O, Oyunların Azərbaycan üçün təkcə idman tədbiri olmadığını, eyni zamanda, xalqlar arasında əlaqələrin, dialoqun təşviqi platforması olduğunu diqqətə çatdırıb. “İnanırıq ki, idman insanları birləşməyə doğru aparır. Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq idman yarışları, 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunları, həmçinin qarşıdan gələn IV İslam Həmrəyliyi Oyunları bir daha göstərir ki, ölkəmizin məqsədi təkcə idman oyunlarını təşviq etmək deyil, eyni zamanda, bugünkü mürəkkəb dünyada müxtəlif xalqları bir araya gətirərək onlar arasında körpü rolu oynamaqdır”, - deyə Anar Kərimov vurğulayıb.
Sonra Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin nümayəndəsi Mətanət Məmmədova “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat verib. Qeyd edib ki, İslam dünyasını birləşdirən maraqlı, çoxnövlü idman tədbiri olan “Bakı-2017”-də 57 ölkədən 5 minədək atletin iştirakı nəzərdə tutulub. Müsəlman dövlətlərini təmsil edən idmançılar on gün ərzində idmanın 20 növü (24 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə yarışlarda mübarizə aparacaqlar. Yarışlar paytaxtın 16 müasir idman qurğusunda təşkil olunacaq.
Bildirilib ki, Oyunların əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib. Azərbaycan ev sahibliyi etdiyi əvvəlki beynəlxalq idman yarışlarında olduğu kimi, bu Oyunları da yüksək səviyyədə təşkil edəcək.
Sonda IV İslam Həmrəyliyi Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46

