Azərbaycan güləşində yeni tarix
29.09.2009 [10:14]
Danimarkanın Herninq şəhərində keçirilən güləş üzrə Dünya çempionatı başa çatıb. çempionatın son günü xalça üzərinə çıxan Fərid Mansurov (66 kq) finala qədər irəliləyib. Bu yolda o, ardıcıl olaraq, ispan Sançez Navarro, yapon Tsutomu Fucimuranı məğlub edib, 1/8 final mərhələsində erməni güləşçisi Sasun Qambaryan üzərində möhtəşəm qələbə (4:0, 2:1) qazanıb. 1/4 finalda iranlı Afşin Byabanqard ilə gərgin görüşdən (3:0, 0:2, 1:0) qalib ayrılan Fərid, yarımfinalda Kuba güləşçisi Pedro İsak Muleni (0:2, 1:0, 1:0) də məğlub edib. Finalda isə gürcü rəqibi Manuçar Tsxadaya üzərində təmiz qələbə qazanan F.Mansurov dünya çempionu olub. Bununla da o, eyni zamanda ikiqat dünya çempionu adını qazanıb.
Yunan-Roma güləşi üzrə 74 kq çəki dərəcəsində təmsilçimiz Rafiq Hüseynov yarışlara 1/16 final mərhələsindən qoşulub. İlk rəqibi ilə görüşdən qalib ayrılan güləşçimiz 1/8 final mərhələsində danimarkalı Mark Madsen ilə görüşdə məğlub olub. Lakin Madsen finala qədər irəlilədiyindən Rafiq Hüseynov təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Ardıcıl olaraq, amerikalı Castin Harri Lesteri (3:1, 4:0) və Finlandiya güləşçisi Henri Valimakini (1:0, 1:0) məğlub edən Rafiq bürünc medal qazanmaq üçün iranlı Farşad Əlizadə Kalehkeşi ilə mübarizə aparmalı olub. Gərgin keçən son görüşdə təcrübəsinin azlığı səbəbilə məğlub olan gənc idmançımız 5-ci yerlə kifayətlənməli olub. Komanda hesabında isə yunan-Roma güləşi üzrə yığmamız Türkiyə və İrandan sonra üçüncü yerə çıxıb və bürünc medal qazanıb.
19 pəhləvan ilə çempionatda iştirak edən Azərbaycan yığma komandası ümumilikdə 10 medal - 3 qızıl, 4 gümüş, 3 bürünc qazanıb. Danimarkanın Herninq şəhərində keçirilən Dünya çempionatı Azərbaycan güləş tarixində ilklərlə yadda qalıb. Qadın güləşi üzrə yığma komandamız dünya çempionu, sərbəst güləş üzrə yığmamız dünya ikincisi, yunan-Roma güləşi üzrə yığmamız isə dünya üçüncüsü olmaqla Azərbaycan bu idman növündə lider ölkələrdən biri olduğunu sübut edib. Fərid Mansurov (66 kq) isə çempion olmaqla ölkəmiz müstəqillik əldə etdikdən sonra ikiqat dünya çempionu tituluna yiyələnən güləşçi adını qazanıb.
Qeyd edək ki, Fərid Mansurovdan başqa ölkəmizə daha 2 qızıl medalı qadın güləşi üzrə yığma komandamızın üzvləri Mariya Stadnik (48 kq) və Yuliya Radkeviç (59 kq) qazandırıb. Gümüş medallara sərbəst güləşçilər Zəlimxan Hüseynov (60 kq), çamsulvara çamsulvarayev (74 kq), Hetaq Qazyumov (94 kq) və qadın güləşi üzrə millimizin üzvü Sona Əhmədli (55 kq) sahib çıxıb. Bürünc medallara isə “klassiklər” Rövşən Bayramov (55 kq), Vitali Rəhimov (60 kq) və sərbəst üsulla güləşən Şərif Şərifov (84 kq) layiq görülüblər.
Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası (FİLA) 2008-ci ilin ən yaxşı sərbəst, yunan-Roma və qadın güləşçilərini mükafatlandırıb. Tədbir Danimarkanın Herninq şəhərində keçirilən Dünya çempionatı zamanı baş tutub. Vasili Fedorişinə (Ukrayna) ən yaxşı sərbəst güləşçi, Stanka Zlatevaya (Bolqarıstan) ən yaxşı qadın güləşçi üçün ayrılan mükafat təqdim edilib. Ən yaxşı yunan-Roma güləşçisi mükafatı isə Azərbaycanın ikiqat Avropa çempionu Rövşən Bayramova təqdim edilib. O, ötən il Pekin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionatının və Heydər Əliyevin xatirəsinə həsr edilən “Qızıl Qran Pri” turnirinin final mərhələsinin qalibi olub. Sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyevə (Rusiya) isə FİLA prezidentinin mükafatı təqdim edilib.
Qeyd edək ki, güləşin hər üç növü üzrə ən yaxşıların adları 2008-ci il noyabrın 5-də açıqlanıb. FİLA öncədən mükafatlandırma mərasiminin bu il 31 mart - 5 apreldə Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatı zamanı keçiriləcəyini bəyan etmişdi. Lakin qitə çempionatında belə bir tədbir baş tutmadığından mərasim dünya birinciliyi çərçivəsində reallaşdı.
Xəbər lenti
Hamısına baxDünya
25 Sentyabr 23:18
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02

