Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçilib

Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti seçilib

14.10.2009 [09:37]

Dünən Kopenhagendə Dünya Taekvondo Federasiyasının ümumi toplantısı keçirilib. Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, federasiyanın sayca 29-cu toplantısı olub. Toplantı çərçivəsində növbəti 4 il müddəti üçün Dünya Taekvondo Federasiyasının rəhbərliyinə seçkilər də keçirilib. çunqvon Co növbəti 4 il müddətinə Dünya Taekvondo Federasiyasının prezidenti seçilib. Daha üç nəfər isə vitse-prezident seçilib. Federasiyanın vitse-prezidentliyinə Misir, İtaliya, Azərbaycan, Avstrya və Böyük Britaniya nümayəndələrinin namizədliyi olub. Namizədlər arasından olan Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dörd il müddətinə Dünya Taekvondo Federasiyanın vitse-prezidenti seçilib. Digər iki vitse-prezident yerini isə Misir nümayəndəsi Əhməd Foli ilə İtaliyanı təmsil edən Sun Caepark tutub.
Qeyd edək ki, K. Heydərov bundan əvvəlki dönəmdə də Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olub.

Paylaş:
Baxılıb: 1302 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Hadisə

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Siyasət

Sosial

O bircə kəlmə...

31 Yanvar 08:31

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28