UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçı dünya mediasının diqqət mərkəzindədir
25.05.2019 [10:11]
UEFA Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final matçı dünya mediasının gündəmində, idman ictimaiyyətinin diqqət mərkəzindədir. Finalda iki ingilis komandasının qarşılaşması Böyük Britaniyada bu oyuna marağı daha da artırıb.
AZƏRTAC xəbər verir ki, dünyanın məşhur ESPN kanalı da paytaxtımızda keçiriləcək həlledici görüş barədə veriliş hazırlayıb. UEFA Avropa Liqasının final oyununa həsr edilmiş xüsusi proqramda “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya gəlməməsinə geniş yer ayrılıb.
Kanalın eksperti, məşhur jurnalist Stiv Nikol “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməməsinin əsas səbəbinin futbolçunun idman formasından kənar olması ilə əlaqələndirib. Məşhur jurnalist Henrix Mxitaryanın yaxşı formada olmadığını vurğulayaraq futbolçunun heyətdən kənarda qalmasının komandaya təsir göstərməyəcəyini deyib.
Bundan başqa, Stiv Nikol Bakı və Azərbaycan haqqında xoş sözlər söyləyərək azarkeşləri mütləq finala canlı baxmaq üçün ölkəmizə səfər etməyi çağırıb. O, finalın Bakıya həvalə edilməsinin UEFA tərəfindən düzgün qərar olduğunu vurğulayıb. Bildirib ki, bu, futbolun ümumilikdə Avropada populyarlaşmasına səbəb olacaq.
Avropanın digər böyük ölkəsi İtaliyada da oyuna maraq yüksəkdir. Dünyanın məşhur idman kanallarından olan “Skysport” final oyunu günü Bakıdan irihəcmli proqram hazırlayacaq. Bununla əlaqədar İtaliyanın tanınmış şərhçiləri Bakıya gələcəklər. Onlardan biri - vaxtilə ölkənin ən məşhur futbolçularından olan, hazırda isə “Skysport” kanalında şərhçilik edən Luka Markaciani deyib: “Bakıda yüksək səviyyəli, böyük həvəs və diqqətlə hazırlıq işlərinin aparıldığı möhtəşəm final matçını gözləyirəm. Bu, Azərbaycan üçün çox önəmli tədbir olacaq. Bütün dünyanın diqqəti Bakıya yönələcək. Bu şəhər haqqında çox yaxşı şeylər eşitmişəm. Amma heç vaxt orada olmamışam. Ona görə də Azərbaycana səfərimi səbirsizliklə gözləyirəm. Bilirəm ki, Bakı çox gözəl və sürətlə inkişaf edən bir şəhərdir. Bakı çox mühüm tədbirlərə ev sahibliyi edir. Bu işlər yüksək səviyyədə həyata keçirilir. Misal üçün Formula 1 üzrə nüfuzlu yarışın mərhələ yarışlarından biri Azərbaycanda keçirilir və şəhər yüksək təşkilatçılıq nümayiş etdirir. Belə yerlərə getməyi həmişə xoşlayıram. Ona görə də Bakıya getmək üçün artıq günləri sayıram. Hətta normal iş günümdən bir gün artıq qalmağı və şəhəri gəzməyi planlaşdırmışam. Mənim üçün fərqli bir səfər və təcrübə olacaq. İnanıram ki, Bakı UEFA Avropa Liqasının final görüşünü də ən yüksək standartlar səviyyəsində təşkil edəcək”.
Portuqaliyalı sabiq futbolçu Luiş Fiqu UEFA Avropa Liqasının Bakı finalı ilə bağlı növbəti dəfə azarkeşlərə müraciət edib. “Barselona” və Madridin “Real” komandasının əfsanəvi futbolçusu azarkeşləri final oyununa baxmağa dəvət edib: “Əziz dostlar beş gün sonra Bakıda möhtəşəm final olacaq. Mən də orada olacağam. Bu anı əldən qaçırmayın”.
Qeyd edək ki, Luiş Fiqu bundan əvvəl Avroliqada fəaliyyət göstərəcək könüllərə müraciət etmişdi.
Xatırladaq ki, UEFA Avropa Liqasının final görüşü mayın 29-da Bakının Olimpiya Stadionunda keçiriləcək. Həlledici oyunda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları qarşılaşacaq.
Xəbər lenti
Hamısına baxİdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40

