Media orqanları arasında voleybol turniri başlayır
23.04.2012 [10:56]
May ayının 10-da müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü tamam olur. Bu münasibətlə respublikamızda böyük kütləvi tədbirlər, mərasimlər, həmçinin müxtəlif idman yarışları keçirilir. “Yeni Azərbaycan”, “İki sahil” və “Səs” qəzetləri də Ulu öndərimizin doğum günü münasibətilə kütləvi informasiya vasitələri arasında voleybol turniri təşkil edir. Voleybol turnirinin dünən keçirilən püşkatma mərasimi KİV orqanlarını ciddi rəqabətin gözlədiyini deməyə əsas verir. Püşkatma mərasimində çıxış edən “İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə voleybol turnirinin keçirilməsinin artıq ənənə halını aldığını vurğulayaraq bildirib ki, budəfəki turnirdə 10 KİV komandası qalib adı uğrunda mübarizə aparacaq. V.Rəhimzadənin sözlərinə görə, turnirin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsini təbliğ etmək, media orqanları arasında əməkdaşlıq mühitini daha da dərinləşdirmək və idmanı təbliğ etməkdir. “İki sahil” qəzetinin Baş redaktoru püşkatmadan sonra qrupların formalaşacağını bildirərək, qeyd edib ki, turnir Azərbaycan Voleybol Federasiyasının hakimləri tərəfindən idarə ediləcək. Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu gün ölkəmizdə idmana dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu diqqətin nəticəsidir ki, Azərbaycan idmançıları dünyanın ən nüfuzlu turnirlərinin favoriti sırasında olmaqla yanaşı, ölkəmizə dünyada idman ölkəsi kimi nüfuz qazandırıb. Respublikamızın hər bir bölgəsində inşa olunan müasir idman qurğuları, Olimpiya İdman Kompleksləri idmanın inkişafını təmin etməklə yanaşı, gənclərin enerjisinin rasional istiqamətə yönəldilməsini təmin edir. Baş redaktor qeyd edib ki, bu siyasətin əsasını isə Ulu öndər Heydər Əliyev qoyub. Hikmət Babaoğlu bildirib ki, idmanın təbliğatına xidmət edən media orqanları arasında voleybol turniri həm Ulu öndərimizin irsinin təbliğ edilməsi, həm mətbuat işçiləri arasında həmrəyliyin genişləndirilməsi, həm də onların asudə vaxtlarının daha səmərəli təşkil edilməsi baxımından əhəmiyyət daşıyır.
“Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev isə qeyd edib ki, Ulu öndər həmişə azad sözə, mətbuata, demokratiyaya böyük önəm verib və həyata keçirdiyi siyasətdə daim bu məsələni diqqətdə saxlayıb. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran B.Quliyev vurğulayıb ki, voleybol turniri jurnalistlərin Ulu öndərin xatirəsinə ehtiramının göstəricisidir. Onun sözlərinə görə, jurnalistlərin voleybol turnirində qalib gəlmək və ya məğlub olmaq şərt deyil, əsas olan Ulu öndərin xatirəsinə keçirilən turnirdə iştirakdır.
Daha sonra turnirin püşkatması keçirilib. Püşkün nəticələri belədir:
A qrupu
1.AzərTAc
2. “İki sahil”
3. “Səs”İA+SƏS TV
4. “Xalq qəzeti”
5. “Bakı xəbər”
B qrupu
1. “Xalq Cəbhəsi”
2. “Palitra”+ “Paritet”
3. “Kaspi”
4. “Yeni Azərbaycan”
5. “Səs” qəzeti
Turnirə aprelin 23-də start veriləcək. Oyunlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman zalında, mayın 4-də baş tutacaq final oyunu isə Azərbaycan Voleybol Federasiyasının zalında keçiriləcək. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaq. A qrupunun birincisi B qrupunun ikincisi ilə, B qrupunun birincisi isə isə A qrupunun ikincisi ilə qarşılaşacaq.
Anar Miriyev
Xəbər lenti
Hamısına baxSosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22

