2024-cü ilin büdcəsinin gəlir və xərcləri artırılır
25.05.2024 [10:26]
“2024-cü ilin dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, layihə gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Layihədə büdcənin həm gəlir, həm də xərclərinin artırılması nəzərdə tutulur. “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırılır. Bu isə o deməkdir iyun ayında büdcəyə dəyişkiliklər layihəsi parlamentdə müzakirə olunaduqdan sonra qəbul ediləcək.
Büdcə layihəsində dürüstləşmələrin aparılması son 5-6 ilin büdcə praktikasında daha çox təsadüf oluna iqtisadi hadisə kimi xarakterizə oluna bilər və bunun da əsas səbəbi ölkənin büdcə-fiskal siyasətinin qanunauyğunluqlarından biri kimi ötən dövrünün cari sosial-iqtisadi inkişafla bağlı vəziyyətin və ilin sonuna gözlənilən göstəricilərin nəzərə alınmasıdır.
Bəs, Azərbaycanda cari sosial-iqtisadi inkişafın vəziyyəti buna imkan verirmi?
2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 259,4 milyon manat, xərcləri isə 10 milyard 749,5 milyon manat təşkil edib. Bunlar, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 faiz və 20,4 faiz çox deməkdir. Son nəticədə 4 ayda büdcədə 2 milyard 509,9 milyon manat profisit yaranıb. Bu isə onu əsaslandırır ki, 4 aylıq makroiqtisadi və fiskal vəziyyət çox ümidverici və qənaətbəxşdir.Yəni mövcud şəraitdə ölkəmizin iqtisadi göstəriciləri, fiskal-maliyyə imkanları yaxşılaşıb, büdcədə profisit yaranıb və bu maliyyə-fiskal potensialın böyüməsi məhz ali maliyyə sənədində dəyişikliklərin edilməsini də aktuallaşdırır.
Büdcənin gəlir və xərcləri nə qədər artırıla bilər?
Dörd aylıq büdcə profisiti onu deməyə əsas verir ki, ilin sonunda büdcədə fiskal yığımların həcmi daha da arta bilər. Çünki iqtisadi aktivlik, yığım imkanları ilin 2-3-cü rüblərində daha çox olur. Bu baxımdan vergi və digər mənbələr üzrə fiskal yığımların daha da artacağı istisna deyil. Ona görə də büdcədə gəlir və xərclərin təxminən 3 milyard manat məbləğində artırılması mümkündür. Qeyd edək ki, ötən ilin sonunda təsdiq edilmiş 2024-cü ilin dövlət büdcəsinin gəlirlərinin məbləği 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat təsdiq edilib. Büdcə kəsiri isə 2 milyard 590 milyon manat və ya ÜDM-in 2,2 faiz səviyyəsində kəsirlə təsdiqlənib. Büdcədə neftin bir barelinin orta qiyməti 60 dollar nisbətində götürülüb.
Büdcədə dürüsləşmələr aparıldıqdan sonra xərcləriun artımı əlavə maliyyə təminatının yaradılmasına səbəb olacaq. Bu isə ölkəmizdə bir nömrəli vəzifə olan azad edilmiş ərazilin quruculuq işlərinin daha da geniş miqyas almasının ritminin artırılmasına əlavə güc və maliyyə təminatı olacaq. Azad olunmuş ərazilərdə şəhər və kəndlərin bərpası və yenidən qurulması, infrastrukturların yaradılması geniş vüsət alır və bundan sonrakı mərhələdə bu işlərin birbaşa Azərbaycanın öz xərcləri hesabına daha da genişlənməsi əsas çağırışıdr. Qeyd edək ki, Prezident İlham
Əliyev tərəfindən işğaldan azad olunmuş ərazilərdə tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması, avtomobil yolu, elektirik enerjisi, su təchizatı və digər sahələr üzrə infrastruktur layihələrinin, beynəlxalq tədbirlərin, həmçinin bir sıra digər dövlət vəzifələrinin yerinə yetirilməsi üçün müvafiq maliyyə təminatının yaradılması ilə bağlı hökumətə tapşırıqlar vermişdi və bu ümdə vəzifələrin yerinə yetirilməsində büdcə dürüsləşməsinin mümühm əhəmiyyəti olacaqdır.
Ona görə də, büdcədə azad edilmiş ərazilərlə bağlı nəzərdə tutulan maliyyə təminatının böyük bir hissəsi həm də qeyd edilən ərazilərin yenidən qurulmasına yönəldiləcək. Büdcədən azad edilmiş ərazilərin bərpasına nə qədər çox vəsait ayrılarsa “Böyük Qayıdış” daha da tezləşmiş olur. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun yenidən qurulması, abadlıq-quruculuq işlərinin həyata keçirilməsi sayəsində bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası əsas strateji çağırışlardan biridir. Bu baxımdan əlavə maliyyə təminatı həmin bölgənin iqtisadiyyatının canlanması, qeyri-neft sektorlarının inkişafına töhfəsinin təmin edilməsində mühüm rol oynaya bilər.
Büdcədə xərclərin artırılmasından sonra digər əsas xərc maddəsi kimi strateji məqsədlərdən biri olan milli təhlükəsizlik məsələlərinin maliyyə təminatının daha da yaxşılaşdırılması prioritetlilik təşkil edəcək. Hazırda dünyada və regionda mövcud geosiyasi və hərbi vəziyyət ölkənin müdafiə qabiliyyətinin daima diqqətdə saxlanılmasını və daha da gücləndirilməsini, müdafiə və milli təhlükəsizlik sahəsində islahatların davam etdirilməsini tələb edir. Bu zəmində, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin bərqərar olunması, toxunulmazlığının təmin edilməsi və davamlı mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Son 3 ildə hərbi-müdafiə infrastrukturlarının müasirləşdirilməsi, azad ərazilərdə yeni nümuməvi ordu birləşmələrinin yaradılması və hərbi strukturların qurulması, Ermənistanla dövlət sərhədində yeni sərhəd infrastrukturların, eləcə də Zəngəzur dəhlizinin yaradılması istiqamətində işlərin miqyasının artması, eyni zamanda, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və digər geosiyasi çağırışlar həmin sahələrə əlavə maliyyə ayrılmasını zəruri edir. Bütün bunlar nəzərə alınmaqla, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün əlavə vəsait tələb olunur.
Büdcədə əlavə xərclərin maaş artımı və pensiyaların artırılması üçün büdcədən əlavə xərclərin nəzərə alınması mümkünlüyünüə gəlincə, bu, dürüstləşmə zamanı xərclərin həcminə əsasən müəyyən ediləcək. Əgər büdcədə əlavə xərclərin həcmi daha böyükhəcmdə olarsa, həmin sahələrdə də artımlar üçün maliyyə təminatının yaradılması mümkündür. Çünki hökumətin siyasətində sosial məsələlər də prioritetdir və imkanlar artdıqca sosial təminat xərclərinin həcmi də yüksəlir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18

