25 illik etibarlı tərəfdaşlığın nümunəsi...
29.06.2024 [09:50]
Asiya İnkişaf Bankı Azərbaycanın ən yaxın maliyyə təchizatçısına çevrilib
Dünyanın ən güclü maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor kimi tanınan Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan arasında əməkdaşlığın təməli təxminən 25 il əvvəl qoyulub. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu il oktyabrın 29-da ölkəmiz “Asiya İnkişaf Bankının təsisi haqqında Saziş”ə qoşulmaqla ikitərəfli əməkdaşlığı rəsmiləşdirib. Bununla da, ölkəmiz özünə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən etibarlı və dayanıqlı maliyyə təchizatçısı tapıb.
Sonrakı illərdə Asiya İnkişaf Bankı ilə əlaqələrin inkişafını daha da artıran Azərbaycan bu qurumun ən yaxın tərəfdaşına çevrilib. Azərbaycan nümayəndə heyətləri davamlı olaraq bankın illik toplantılarında və digər tədbirlərində fəal iştirak edib, eləcə də bankın yüksək səviyyəli nümayəndə heyətləri, o cümlədən bankın 3 prezidenti müxtəlif illərdə 5 dəfə Azərbaycanda səfərlərdə olub. 2004-cü ildə AİB-in Bakı şəhərində Daimi Nümayəndəliyinin fəaliyyətə başlaması isə yeni mərhələ açmaqla, əlaqələrin möhkəmliyi ilə yanaşı, yüksək etimad və dostluğun nümunəsi kimi də diqqəti cəlb edib. 2015-ci ildə Asiya İnkişaf Bankının 48-ci illik toplantısına Azərbaycanın ev sahibliyi etməsi isə uzunmüddətli əməkdaşlıq tarixində ən əlamətdar hadisələrdən biri kimi yadda qalıb.
Asiya İnkişaf Bankı Azərbaycan hökumətinin prioritetləri əsasında ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edib. Ötən 25 il ərzində bank ölkəmizdə həyata keçirilən layihə və proqramların maliyyələşdirilməsində 3,2 milyard dollar vəsait ayırıb. Dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş kreditlər əsasında həyata keçirilən layihə və proqramlara 928,5 milyon dollar, bilavasitə özəl sektorun maliyyələşdirilməsinə 61,6 milyon dollar və əvəzsiz maliyyə vəsaitləri - qrantlar və texniki yardımlar üzrə isə 36 milyon dollar yönəldib. Ümumilikdə, Asiya Bankının bu müddət ərzində ölkəmizə ayırdığı maliyyə portfelinin həcmi 4,2 milyard dollar təşkil edib.
Asiya Bankı ölkəmizdə maliyyə sabitliyinin möhkəmlənməsində də öz töhfəsini əsirgəməyib, 2014-cü ildən etibarən xam neft qiymətlərinin kəskin azalması fonunda Azərbaycanın əsas ticarət tərəfdaşlarında müşahidə olunan iqtisadi gərginlikdən qaynaqlanan mənfi fəsadların aradan qaldırılmasında və 2015-ci ildə dövlət büdcəsinin icrasına təzyiqlərlə bağlı maliyyə kəsirinin örtülməsində təchizatçı kimi aktiv rol oynayıb, “Kontrtsiklik Dəstək Proqramı” çərçivəsində 500 milyon dollar kredit vəsaitləri yönəldilib.
Həmçinin, dövlət maliyyə idarəçiliyinin gücləndirilməsi, dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli strategiya sənədinin hazırlanması, dövlət müəssisələrinin idarə edilməsində şəffaflığın və effektivliliyinin artırılması, eləcə də dövlət büdcəsinin fiskal qayda və orta müddətli fiskal çərçivə əsasında hazırlanaraq təqdim olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən islahatların dəstəklənməsinə AİB tərəfindən 500 milyon dollar məbləğində kredit vəsaitləri ayrılıb.
Asiya Bankı koronavirus pandemiyası dövründə də Azərbaycanla sıx işləyərək COVİD-19-la bağlı dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasında hökumətin həyata keçirdiyi tədbirlərə dəstək verib, “COVİD-19-a Aktiv Cavab və Xərcin Dəstəklənməsi Proqramı” çərçivəsində 250 milyon dollar məbləğində kredit maliyyələşməsini təmin edib. Azərbaycanda sahibkarlığın inkişafı, biznesə dəstək də AİB-in diqəqtində xüsusi yer tutub və sahibkarların maliyyə təminatında əsas donorlardan biri kimi çıxış edir.
Asiya İnkişaf Bankı Azərbaycanın regional enerji layihələrinin maliyyələşdirilməsində də donor kimi fəal rol oynayıb, Cənub Qaz Dəhlizi layihəsinə dəstək verən ilk beynəlxalq maliyyə qurumu olub. Avropa İttifaqının enerji təminatında xüsusi rol oynayan bu layihələri də maliyyələşdirməyi öz öhdəsinə götürərək “Şahdəniz” yatağının maliyyələşdirilməsinə 524,5 milyon dollar məbləğində tam şəkildə zəmanət verib. Hazırda yenə də Aİ-nin enerji təminatları üçün nəzərdə tutulan yeni marşrutların və infrastrukturların qurulmasına da tam dəstəyini göstərməyə hazır olduğunu bəyan edir.
Qeyd edək ki, bu Prezident İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava ilə görüşündə də bu məsələyə toxunulub və Azərbaycan təbii qazının nəql layihələrinə Avropa maliyyə institutları tərəfindən maliyyə gecikmələrinin olduğu vaxtda AİB-in birmənalı dəstəyini yüksək qiymətləndirib.
Cənab Asakavanın ölkəmizə səfəri isə Azərbaycanla bank arasında sıx əməkdaşlıq əlaqələrinin davam etdirilməsi və yeni səhifənin açılması üçün yaxşı imkanlar yaradır. Qarşıda yeni hədəf və layihələrin icrası dayanır, bu Azərbaycanın təşəbbüskar olduğu regional layihələrin, o cümlədən Xəzəryanı ölkələrlə və digər region dövlətləri ilə güclü iqtisadi bağlantının yaradılması üçün müasir enerji-nəqliyyat qovşaqlarının maliyyələşdirilməsində AİB-in yenə də əsas maliyyə dayağı olacağına əsaslı zəmin yaradılması deməkdir.
Azərbaycan hökuməti ilə AİB-in qarşıdakı illərdə əməkdaşlıq gündəliyində “yaşıl enerji” proqramı əsas yer tutur və 2024-2026-cı illər ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpaolunan enerji və “yaşıl nəqliyyat” sahələrini əhatə edəcəkdir. Bu istiqamətdə bank tərəfindən regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında ölkəmizə dəstək veriləcəkdir. Əməkdaşlıq çərçivəsində özəl sektorun iştirakçıları ilə birgə 2024-2025-ci illər ərzində yeni bərpaolunan enerji layihələrinin birgə maliyyələşdirilməsi də nəzərdə tutulur. AİB-in, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların tikilməsinə sərmayə qoyması gündəlikdə durur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxMaraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07

