İstehsal başlayır
02.07.2024 [10:20]
“Aİ-95” markalı benzinin ucuzlaşması “Avro-5”-ə keçidi sürətləndirəcək
Məlum olduğu kimi Tarif Şurasının qərarına əsasən, ölkəmizdə dizel yanacağının bir litrinin pərakəndə satış qiyməti 80 qəpikdən 1 manata, “A-92” maraklı benzinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə qaldırılıb. “Avro-5” keyfiyyət göstəricilərinə uyğun daxili istehsal edilən “Aİ-95” markalı avtomobil benzininin 1 litrinin qiymətinin iyulun15-dən bazarın konyukturasına uyğun olaraq, 0,40 manat ucuzlaşaraq 1,60 manat olması nəzərdə tutulub.
Tarif tənzimləmələri ilk növbədə ekoloji siyasətin mühüm istiqamətlərindən biri olan ətraf mühitin çirklənməsinin qarşısının alınmasına yönəlmiş təşviqedici xarakter daşıyır. Belə ki, havanın çirklənməsində xüsusi rol oynayan aşağı oktanlı yanacaq kimi dizel və “Aİ-92” markalı benzin dünya ölkələrində neçə müddətdir ki, sıradan çıxarılıb və əksər ölkələrdə “Aİ-92” markalı benzin istifadə olunmur. Qlobal səviyyədə böyük istehsalçılar premium markalı, elektrik və hibrid mühərrikli avtomobillərin istehsalına keçib. Azərbaycan da məhz dünya ekoloji tələblərindən irəli gələn bu siyasətə keçid istiqamətində addımlar atır.
Bu siyasətin əsas hədəfi “Avro-5” standartlarına keçidin təmin edilməsi və buna uyğun olaraq maşın parkının da bu prosesə hazırlanmasıdır. Bu baxımdam “A-95”-in ucuzlaşması təşviqedici rol oynamaqla nəzərdə tutulan hədəflərə çatmaqda ilk addım kimi səmərəverici rol oynaya bilər, eləcə də növbəti mərhələlərdə aşağı oktanlı yanacaq sərfiyyatından kənarlaşmaların minimallaşdırılmasına yol açmaqla avtomobil bazarında müsbət vərdiş yaradacaq.
Bəs, “A-95” indiyə qədər niyə ucuzlaşmırdı, əksinə bahalaşırdı?
Azərbaycanda “Aİ-95” və daha yüksək oktanlı premium yanacaq emalının əsas güc bloku olan Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) bir neçə il əvvəl təmirə dayandığından həmin yanacaq növünün idxalına zərurət yarandı. Azərbaycan təxminən 10 il idi ki, sözügedən marka yanacağa olan tələbatı xaricdən idxal hesabına təmin edirdi. Buna görə də respublikamız “Aİ-95” markalı premium benzin? əsasən 4 ölkədən idxal edirdi, Rusiya, Bolqarıstan, Rumıniya və Türkmənistan ildə təxminən 150 min ton “Aİ-95” markalı benzin satırdı. Yol-nəqliyyat, daşınma, logistika və sair xərclər, eləcə də dünya bazarında həmin növ benzinin qiymət dəyişmələri ölkəmizdə gətirilən yanacağın bahalaşmasına səbəb olurdu. Ötən illərdə bir neçə dəfə qiymət artımları sayəsində 2 manata çatmışdı.
NEZ-də əsaslı şəkildə yenidən qurma və istehsal gücünün artırılması, sənayenin yüksək keyfiyyətli yanacaqla təmin edilməsi məqsədilə 2014-cü ildən başlanmış əsaslı təmir işləri isə beynəlxalq mütəxəssislərin apardığı qiymətləndirmələrdən sonra əlavə olaraq tamamilə modernizasiyaya açıldı və proses daha da uzandı. NEZ-in keçən əsrin 70-80-cı illərində inşa olunmuş bir neçə əsas qurğunun, o cümlədən neftin ilkin emalı qurğusunun istismar müddətinin sona yaxınlaşması nəzərə alınaraq həmin qurğuların tamamilə yeniləri ilə əvəz edilməsi tövsiyə olundu.
Beləliklə, ötən dövrdə NEZ-də yenidənqurma layihəsi çərçivəsində əhəmiyyətli texnoloji işlər görüldü, istehsal gücünün artırılmasını təmin edəcək dayanıqlı infrastrukturlar quruldu, yeni istehsal qurğuları inşa edildi və zavoddakı qurğular yeni qurğularla əvəz edildi. Əsaslı təmir və yenidən qurma işlərinin 2022-ci ilə başa çatması və NEZ-də “Avro-5” tələblərinə cavab verən yanacağın istehsalına başlanılması nəzərdə tutulsa da, COVID-19 pandemiyası layihənin bir neçə il gecikməsinə səbəb oldu.
Layihə üzrə işlərin sürətləndirilməsi üçün beynəlxalq təcrübəli mütəxəssislərdən ibarət “SOCAR Downstream Management” şirkəti yaradıldı, SOCAR-ın Türkiyə ofisindən bir sıra təcrübəli mütəxəssislər işlərə cəlb olundu. “SOCAR Downstream Management” tərəfindən tərtib edilmiş “İstismar mükəmməlliyi” proqramı çərçivəsində gənc mütəxəssislər təcrübə mübadiləsi üçün SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavoduna təlimlərə göndərildi. Məqsəd daha tez “Avro-5” standartlarına çatmaq idi. NEZ-də aparılan yenidənqurma və modernizasiya işlərinin böyük bir hissəsinin tamamlanmasından sonra ötən aydan artıq “Aİ-95” markalı avtomobil benzini istehsalı mümkünləşdi. Həmin növ yanacağın birbaşa daxili istehsal hesabına təmin edilməsi isə qiymət konyukturasında ciddi dəyişikliyə əsas yaratdığından hökumət ucuzlaşmağa qərar verdi.
Beləliklə, respublikamıza xaricdən idxal edilən “Aİ-95” premium markalı benzinin yerli istehsal hesabına təmin olunması yanacaq bazarında uculaşmalara gətirib çıxarır və bu prosesin növbəti mərhələdə də baş verəcəyi istisna deyil. “Aİ-95” premium markalı və “Aİ-98” super markalı benzindən sürücülərin az qismi istifadə etsə də, 40 qəpik ucuşlaşmadan sonra bu markalı yanacağa da keçid kifayət qədər artacaq. Bu isə təmiz ekoloji mühit standartlarına keçidin sürətlənməsinə də əhəmiyyətli təsir göstərəcək.
Araşdırmalar göstərir ki, ətraf mühitin çirklənməsinin böyük bir hissəsini avtomobillərdən müasir standartlara uyğun olmayan yanacaqlardan istifadə nəticəsində ayrılan zəhərli qazlar təşkil edir. Havanın çirklənməsi ilə bağlı dünya ölkələrində əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir. Əksər ölkələrdə artıq “Aİ-92” markalı benzin istehsal olunmur və satılmır, dizelin daha böyük ekoloji zərəri nəzərə alınaraq istehlakının azaldılması üçün tədbirlər görülür. Bu məqsədlə bir çox ölkələrdə dizelin qiyməti elə tənzimlənir ki, benzinin qiymətindən baha olsun. Ölkəmizdə benzin mühərrikli avtomobillərin idxalı azalsa da, dizel mühərrikli avtomobillərin sayı artır. Dizel mühərrikli avtomobillərin havanı daha çox çirkləndirdiyini nəzərə alaraq, ölkələr onların istifadəsinin azaldılmasına doğru müxtəlif vasitələrdən istifadə edir ki, nəticədə nəqliyyat sektorunda keyfiyyətli yanacağa doğru motivasiya da artır. Bu baxımdan “Avro-5”standartlara uyğun “Aİ-95” və “Aİ-98”-ə keçidi stimullaşdıran tarif siyasəti optimallaşmada xüsusi əhəmiyyət kəsb edəcək.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50

